"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Quba Bələdiyyəsinin sədrini tanıyaq

--2016-12-01 / 18:55

Müslümov Zakir Müslüm oğlu 02 aprel 1958-ci ildə Quba şəhərində anadan olub.

1975-ci ildə Quba şəhər 1 saylı orta məktəbi bitirib. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Ehtiyyatda olan (leytenant) zabitdir.

1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı institutunu əmtəəşünaslıq ixtisası üzrə bitirib.

əmək fəaliyyətimə 1975-ci ildə fəhləliklə başlayıb.

1980-ci ilin yanvarında 103 nömrəli texniki peşə məktəbində Komsomol Təşkilat Katibi vəzifəsinə seçilib. Daha sonra Quba rayon Xalq Deputatları Soveti icraiyyə Komitəsinin təlimatçısı vəzifəsinə təyin edilib.

1985-ci ildə Azərittifaqın Rustov Sovxoz Fəhlə Kooperasiyasının sədri vəzifəsinə seçilib. 1994-cü ilədək həmin vəzifədə çalışıb.

1994-2014-cü illərdə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

2014 cü ildə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü, 2015- ci ilin yanvarından isə Quba bələdiyyəsinin sədri seçilib.

 Ailəlidir, 3 övlad atasıdır.

ŞƏRHLƏR