"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Quba Rayonunun Tüləkəran Bələdiyyəsinin 2022-ci ilin birinci yarımili üzrə HESABATI

--2022-08-16 / 14:37

2022-ci ilin ilk altı ayı üzrə Tüləkəran bələdiyyəsinin 9 iclası keçirilmişdir. Bu iclaslarda 124 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul olunmuş və inzibati nəzarətin həyata keçirilməsi üçün Xaçmaz Regional ədliyyə idarəsinə göndərilmişdir. Hesabat dövrü ərzində idarə, təşkilat və müəssisələrdən 65 məktub daxil olmuş və aidiyyatı ürzə həmin məktublara cavablar verilmişdir. Bu dövr ərzində vətəndaşlara 19 ədəd arayış verilmişdir. Arayışlar vətəndaşların adlarına torpaq olub olmaması və vergi borcları barədə olmuşdur.

Hesabat dövrü ərzində “Azərbaycan Respublikası Quba Rayonu Tüləkəran Bələdiyyəsinin Təmiz Kənd Məhdud Məsuliyyətli Cəmiyyətinin” yaradılması barədə qərar qəbul olunmuş və müəssisə dövlət qeydiyyatına alınması məqsədi ilə müvafiq sənədlər 3 saylı ərazi Vergilər idarəsinə təqdim olunmuşdur. Yaradılması planlaşdırılan müəssisənin fəaliyyət istiqamətləri əsasən komunal, təmir-tikinti, məişət tullantılarının daşınması, çeşidlənməsi və sterilizasiyası olaraq müəyyənləşdirilmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətinin maddidi texniki bazasının yaradılması məqsədi ilə BP (British Petrolium) şirkəti ilə, tullantıların daşınması və sterilizasiyası məsələləri üçün isə 5 saylı ərazi Ekologiya idarəsi ilə danışıqlar və məsləhətləşmələr aparılır.

ərazidə yaşayan vətəndaşların məşqulluq problemlərinin aradan qaldırılmasına da böyük diqqət ayrılmışdır. Bu məqsəd ilə 2020-ci ilin hesabat dövrü ərzində bir nəfər bələdiyyə qulluğuna müddətsiz əmək müqaviləsi ilə, iki nəfər müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuşdur. Beş nəfər rayon ərazisindəki turizm müəssisələrində, iki nəfər rayon ərazisindəki mebel istehsalı müəssilərində, üç nəfər isə Bakı şəhərində işlə təmin olunmalarına müvafiq köməkliklər göstərilərək ümumilikdə on nəfər vətəndaşın məşqulluq problemi həll olunmuşdur.

Bələdiyyə mülkiyyətinin idarə olunması, qanunsuz zəbt olunmuş bələdiyyə torpaqların bələdiyyənin qanuni mülkiyyətinə qaytarılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki Quba rayonu Möhüc kəndində 0.34 ha prespektiv inkişaf təyinatlı, 1.50 ha örüş təyinatlı torpaq sahəsinin, bələdiyyə mülkiyyətinə qaytarılması üçün Quba Rayon Məhkəməsinə müraciətlər olunaraq həmin torpaq sahələri bələdiyyə mülkiyyətinə qaytarılmışdır. Quba rauonu Gültəpə kəndində 0.08 ha, Quba rayonu Tülər kəndində isə 0.83 ha prespektiv inkişaf təyinatlı torpaq sahəsinin bələdiyyənin qanuni mülkiyyətinə qaytarılması təmin olunmuşdur. Bələdiyyə mülkiyyətində məxsus olan, lakin qanunsuz olaraq əbt olunmuş torpaq sahələrinin müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Bələdiyyə ərazisində yaşayan vətəndaşların yerli vergilərə və ödənişlərə cəlb olunması məqsədi ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində daima yenilənmələr aparılır. Vətəndaşların mülkiyyətindəolan torpaq sahələrinin aşkar olunması, onlara məxsus əmlakların müəyyən olunaraq Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə inteqrasıyasın təmin olunması nəticəsində vergi obyetlərinin sayı 780 nəfərə çatdırılaraq həmin ödəyicilərə tədiyyə bildirişləri paylanılmışdır.

2022-ci ilin ilk altı ayınin maliyyə hesabatı aşağıdakı kimi olmuşdur:

 Ümumi mədaxil: 6803.23

 O cümlədən:

 əmlak Vergisindən: 3413.34

  1. Torpaq vergisindən: 1390.55
  2. icarə haqlarından: 484.10
  3. Bələdiyyələr tərəfindən xidmətlərin göstərilməsi: 276.00
  4. Bələdiyyənin digər fəaliyyətlərindən: 1239.24

 Ümimi məxaric: 6696.6

 O cümlədən:

 inzibati idarəetmə xərcləri (DSMF ödənişləri daxil olmaqla): 5003.00

  1. Abunə: 105.00
  2. Poçt xərcləri: 166.69
  3. Bələdiyyələrin Onlayn Xidmət MMC sinə 3% xidmət haqqı: 142.82
  4. şəhid, qazi və sosial qayğıya ehtiyacı olan ailələrə maddi yardım: 1174.09

          Qeyd olunanlardan əlavə oluraq Yenikənd kənd sakini sosial qayğıya ehtiyacı olan bir ailəyə bir yüz yetmiş manat maddi yardım olunmuş, su xətti çəkilişinin davam etdirilməsi məqsədi ilə üç yüz metr uzunluğunda 32 sm diametrində plastik boru, dörd yüz metr uzunluğunda 50 sm diametrində plastik boru alınmışdır.

Quba rayonu Aşağ Tüləkəran kəndində bələdiyyənin inzibati binasının həyətində torpaqlarımızın ərazi bütövlüyü uğrundə canlarından keçən şəhidlərimizin qəlbimizdə əbədi yaşayan xatirəsinin əməli işdə əbədiləşdirilməsi üçün xatirə kompleksinin tikilməsi məqsədi ilə 44 ədəd eldar şamı alınaraq əkilmiş, kompleksin təməl atma, betonlama və torpaq sahəsinin düzləşdirilməsi işləri görülmüşdür.

Aramsız yağan yağışlar nəticəsində Tülər kəndində Ağ Çayın üzərindəki piyada keçidi yararsız vəziyyətə düşdüyündən kənd sakinlərin köməkliyi və bələdiyyənin maddi yardımları ilə dəmir konustrsiyaların təmir olunması üçün metal borular, profil və armatur alınaraq qaynağ işləri görülmüş və piyada keçidi sakinlərin istifadəsinə verilmiş, Aşğı Tüləkəran kənd məktəbində təhsil alan şagirdlərin və dərs keçən pedoqoji heyyətin təhlükəsiz şəkildə təhsil prosesində iştirakı bərpa olunmuşdur.

2022-ci ilin qalan dövrü üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

 Yenikənd kəndində su təhcizatının tam şəkildə qurularaq sakinlərin istifadəsinə və “Təmiz kənd” MMC-sinin balansına verilməsi.

  1. Tülər kəndində su ötürücü boruların qoyulması və 3 km yolun təmiri.
  2. Tülər kəndində piyada keçidinin əsaslı təmiri.
  3. Təmiz kənd MMC sinin məişət tullantılarının daşınması və sterilizasiyaının təmin olunması.
  4. Aşağı Tüləkəran kəndində “şəhidlər- Xatirə kompleksinin” tikintisinin başa çatdırılması.
  5. 8 noyabr Qələbə gününədək şəhidlər haqqdında xatirə kitabının hazırlanaraq çap olunması.
  6. Yuxarı Tüləkəran (Suxtəkələ) kəndində qəbiristanlığın abadlaşdırılması.

 Prioritet istiqamətlərin yuxarıda qeyd olunan şəkildə müəyyənləşdirilməsinə baxmayaraq il ərzində abadlıq, quruculuq, şəhid və qazi ailələri daimə diqqətdə saxlanılacaqdır.

Rauf Hüseynov

Quba rayon Tüləkəran bələdiyyəsinin sədri                                

ŞƏRHLƏR