şəmkir Bələdiyyəsi tərəfindən bu gün Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət olunub. şəmkir Bələdiyyəsinin sədri Vüqar Həsənov və kollektivi şəhid ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər. Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb. Qeyd edilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq.Xalqımızın qəhrəman əsgər və zabitlərinin fədakarlığı, şəhidlərin canı, qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin edildi. şəhidlərimizin intiqamı döyüş meydanında alındı. Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin, müharibə veteranları və əlillərinin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı ifadə olunub.
Bu gün isə ümumilikdə 50 ailəyə qurban payı çatdırılıb.
Qeyd edək ki, şəhid ailələri və qazilərimiz şəmkir Bələdiyyəsi tərəfindən daim diqqət mərkəzində saxlanılır.
şəmkir Bələdiyyəsi