sorğu
Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının IV Qurultayının keçiriləcəyi tarix məlum olub. Bu barədə məlumatı Belediyye.infoya Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının sədri Məhərrəm Xəlilov bildirib. Bu günlərdə Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının icraiyyə komitəsinin növbəti iclası keçirilib. Iclasda ABiHi-nin IV Qurultayın çağırılması, hesabat məruzəsinin hazırlanması və təşkilatı məsələlər müzakirə edilib.
Qərara alınıb ki, Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının IV Qurultayı 29 sentyabr 2017-ci ildə Azərbaycan əmək və Sosial Münasıbətlər Akademiyasının iclas zalında keçirilsin.
Belediyye.info