"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qusar bələdiyyələri mədən vergisinin həcmini 15 dəfə artıra bilib

--2021-04-22 / 17:20

Qusar rayonunda formalaşan 29 bələdiyyənin 2020-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 613.500 manat olub. Bu isə 2019-ci illə müqayisədə büdcə gəlirlərində təxminən eyni rəqəm deməkdir.

əldə edilən vəsaitin isə 47.1 faizi yəni (289.200 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Qusar rayonunda formalaşan 29 bələdiyyə ötən il ərzində 80.900 manatlıq əmlak vergisi, 142.400 manatlıq torpaq vergisi, 14.800 manatlıq mədən vergisi toplaya bilib.

əlavə edək ki, ən çox artım mədən vergisindən, torpaq və əmlak vergisinin toplanılmasında olub. Mədən vergisində 15 dəfə , torpaq vergisində 11 faiz, əmlak vergisində isə 8 faiz artım müşahidə olunub.

Qeyd edək ki, il ərzində bələdiyyələrə 64.300 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Ötən il Qusar bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssiəsələrdən mənfəət vergisi habelə , dayanacaq və kurort sanatoriya rüsumu daxil olmayıb.

əlavə edək ki, büdcə gəlirlərində digər istiqamətlərdən 4100 manat vəsait daxil olub.

 Belediyye.info

ŞƏRHLƏR