Qusar rayonunda formalaşan 29 bələdiyyənin 2021-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi
701.000 manat olub. Bu isə 2020-ci illə müqayisədə büdcə gəlirlərində 14.3 fazi artım deməkdir. Yəni ötən il Qusar bələdiyyələrinin büdcə gələri 613.500 manat olmuşdu.
əldə edilən vəsaitin isə 43.6 faizi yəni (305.700 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Qusar rayonunda formalaşan 29 bələdiyyə ötən il ərzində 103.800 manatlıq əmlak vergisi, 193.100 manatlıq torpaq vergisi, 25.600 manatlıq mədən vergisi toplaya bilib.
əlavə edək ki, ən çox artım mədən vergisindən, torpaq və əmlak vergisinin toplanılmasında olub. Mədən vergisində 73 faiz, torpaq vergisində 36 faiz, əmlak vergisində isə 28.3 faiz artım müşahidə olunub.
Qeyd edək ki, il ərzində bələdiyyələrə 64.300 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Ötən il Qusar bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssiəsələrdən mənfəət vergisi habelə , dayanacaq və kurort sanatoriya rüsumu daxil olmayıb.
əlavə edək ki, büdcə gəlirlərində digər istiqamətlərdən 6500 manat vəsait daxil olub.
Belediyye.info