"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qusar bələdiyyələrinin gəlirləri 30 faizədək artıb

--2017-04-05 / 17:58

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, Qusar bələdiyyələri   ötən il ərzində gəlilərini 30 faizədək artıra biliblər. Belə ki, 2016-cı il ərzində 29  Qusar bələdiyyəsi 585.600 manat maliyyə vəsait əldə ediblər.

Bu gəlirlərin içərisində 179.700 manatı torpaq vergisindən, 78.600 manatı əmlak vergisindən, 100 manat isə mədən vergisinə aiddir.

Qusar bələdiyyələri əmlak vergisinin yığımında daha çox irəliləyişə nail ola bilib. Belə ki, 2015-ci illə müqayisədə ötən il 78.600 manat əmlak vergisi yerli büdcəyə daxil olub.

Bələdiyyə əmlkanın özəlləşdirilməsindən 243.900 manat, icarəyə verilməsindən isə 40 min manata vəsait daxil olub.

2016-cı il ərzində yerli büdəcəyə  11.700 manat maliyyə yardımı edilib.

Belediyye.info

ŞƏRHLƏR