"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qusar bələdiyyəsi nə qədər qazanmaq istəyir?

--2015-12-15 / 20:43

Qusar  bələdiyyəsinin sədri əlfəddin ibrahimovun Belediyye.infoya açıqlamasında bildirilir ki, bələdiyyə 2016-cı ildə 330 min manat qazanmağı proqnozlaşdırıb. əsas maliyyə gəlirlərinin torpaq satışından olacağı gözlənilir. Torpaq vergisindən 20 min manat, əmlak vergisindən isə 50 min manat vəsait toplamağı nəzərdə tutan Qusar bələdiyyəsi əldə edəcəyi gəlirlərin 200 minə yaxın vəsatini şəhərin abadlığına, o cümlədən sakinlərin problemlərinin həllinə yönəldəcəyi deyilir.

Sədrin sözlərinə görə, artıq yerli büdcə müzakirələrinə yekun vurulub, bələdiyyə iclasında büdcə təsdiq edilib.

Sədr  söhbət zamanı maraqlı faktlara da toxunub.

Belə ki, “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində Qusar rayonu tərəfindən 2015-ci ildə 24 layihənin icrasına 40 min manata yaxın vəsait xərcləyib. Layihələr içərisində diqqəti çəkən layihə Səfixanov və S.Vurğun  küçələrində su arxın tikintisi olub.  Bu layihənin icrasına 20 min manata yaxın vəsait xərclənib.

Xatırlaaq ki Qusar şəhərində əhalinin sayı  18400 nəfər, ərazisi isə   1452.4 ha-dır.

Belediyye.info

 

ŞƏRHLƏR