sorğu
Belediyye.infoya Qusar bələdiyyəsindən daxil olan məlumata görə, bələdiyyə iclasının qərarıyla şəhər ərazisində yaşayan şəhid və aztəminatlı ailələrə Novruz bayramı münasibətiylə bayram sovqatı paylanılıb. Bu münasibətlə keçirilən tədbirdə bələdiyyə rəsmiləri və üzvləri iştirak ediblər. Bələdiyyənin inzibati binasında keçirilən mərasimdə 90 ailəyə bayram sovqatı paylanılıb.
Bələdiyyədən daxil olan məlumatda daha sonra qeyd edilir ki, Qusar bələdiyyəsi daim şəhid və aztəminatlı ailələlərə bayram günlərində öz köməyini göstərir.
Belediyye.info
|
|
|
|
|
|
|
|