Qusar bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bu günlərdə keçirilən bələdiyyə iclasında təsdiq edilən büdcə layihəsində bələdiyyənin növbəti ildə gəlirlərinin 300 min manat olacağı nəzərdə tutulub.
Bu vəsaitin 87 min manatı əmlak (24 min manat) və torpaq (63 000 manat) vergisindən olması gözlənilir.
Bələdiyyə mülkiyyətindəki torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yürləşdirilməsi və yayımı üçün ödənişlərdən 500 manat, mədən vergisindən 200 manat, torpağın icarəyə verilməsindən icarə haqqı 200 manat, torpağın satışından daxilolmalar isə 202.300 manat olması büdcə layihəsində proqnozlaşdırlıb.
Qeyd edək ki, büdcə layihəsinin təsdiqi zamanı kurort, mehmanxana, avtomobil dayancaqları üçün ödənişlər və qanunla müəyyən edilən digər yerli ödənişlərdən növbəti ildə hər hansı vəsaitin daxil olacağı gözlənilmir.
əldə ediləcək vəsaitin isə 172 min manatı mənzil və kommunal təsərrüfat xərclərinə yönəldilməsi planlaşdıırlıb.
Belediyye.info