QUSAR BəLəDiYYəSiNiN FəALiYYəTi BARəDə
HESABAT
(2015-ci ilin birinci yarısı üçün)
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun və Qusar Bələdiyyəsinin Nizamnaməsinin tələblərinə müvafiq olaraq, Qusar Bələdiyyəsi 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
Qusar Bələdiyyəsi 2015-ci ilin I yarımilliyində 8 iclas keçirmişdir. iclaslarda 28 məsələ müzakirə olunmuş və müvafiq qərarlar çıxarılmışdır. iclasların gündəliyinə çıxarılan məsələlərdən 4-ü torpaqla əlaqədar, 5-şi şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 9-u maddi yardımlarla, 10 təşkilati məsələlərlə bağlı məsələlər olmuşdur.
Hesabat dövründə bələdiyyəyə vətəndaşlar tərəfindən 214 ərizə və müraciət daxil olub. Onlardan, 88-i fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla, 126 ərizə məlumat xarakterli müraciətlərdir. ərizə və müraciətlərdə qaldırılan məsələlər imkan daxilində icra edilmişdir. Belə ki, 1nəfərə maddi yardım verilmiş, 8 nəfərə sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılmış, 43 nəfərə fərdi mənzil tikintisi üçün torpaq sahəsi satılmışdır. Qeyd edək ki, torpaq sahələrinin ayrılması proseduruna ötən illərdə başlamış vətəndaşlara qərarlar verilmişdir. Obyektiv səbəblərə görə, bu ilin 6 ayında fərdi mənzil tikintisi və sahibkarlıq fəaliyyəti üçün torpaq sahələri ayrılmamışdır.
Ümumiyyətlə, hesabat dövründə fərdi mənzil tikintisi üçün 15 518 kv.m, sahibkarlıq fəaliyyəti üçün 1950 kv.m torpaq sahəsi mülki dövriyyəyə cəlb olunmuşdur.
6 ay ərzində bələdiyyə sədri 530 nəfəri qəbul etmişdir. Qəbula gələnlərdən 250-u torpaqla, 12-i maddi yardımla, 5-i tikinti ilə, 2-si işlə təmin olunmaqla, 7-i məzuniyyətdə olan əsgərlərin qeydiyyatı ilə və müxtəlif məsələlərlə bağlı müraciətlər etmişlər. Müraciətlərin bir qismi dərhal icra olunmuş, bir qismi araşdırılmaq üçün müvafiq komissiyalara göndərilmişdir.
2015-ci ilin 6 ayı ərzində bələdiyyənin gəlirləri 49061.40 manat olmuşdur. Gəlirlər aşağıdakı mənbələrdən formalaşmışdır:
|
â„– |
Mənbələr |
Məbləğ |
|
Fiziki şəxslərdən torpaq vergisi |
9269.20 |
|
|
Fiziki şəxslərdən əmlak vergisi |
2401.00 |
|
|
3 |
Dövlət büdcəsindən verilən dotasiya |
3500.00 |
|
4 |
Bələdiyyə əmlakının satışından daxil olan gəlirlər |
33891.20 |
|
CəMi: |
49061.40 |
|
Hesabat dövründə bələdiyyənin xərcləri ümumiilikdə 48502.34 manat təşkil etmişdir. Xərclər aşağıdakı istiqamətlər üzrə olmuşdur:
|
â„– |
Xərclərin istiqamətləri |
Məbləğ |
|
ə/h və onunla bağlı sair ödəmələr |
7840.00 |
|
|
DSMF-na ödəniş |
8998.00 |
|
|
Dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması |
550.00 |
|
|
Nəqliyyat xidmətləri haqqı |
630.00 |
|
|
Elektrik enerjisi haqqı |
600.00 |
|
|
Rabitə xidməti haqqı |
480.00 |
|
|
Binaların icarə haqqı |
60.00 |
|
|
Abadlaşdırma xidmətləri haqqı |
24100.00 |
|
|
əsas vəsaitlərin alınması |
600.00 |
|
|
Yardım |
50.00 |
|
|
Bankın xidmət haqqı |
144.34 |
|
|
Abunə xərcləri |
1050,00 |
|
|
Mədəni-kütləvi tədbirlər |
3400.00 |
|
|
CəMi: |
48502.34 |
|
Qusar Bələdiyyəsi tərəfindən 6 ay ərzində görülmüş işlərin xülasəsini nəzərinizə çatdırırıq.
Abadlaşdırma işlərinə bələdiyyə büdcəsindən ümumilikdə 24100.00 manat vəsait xərclənmişdir. Abadlıq işləri əzizbəyov küçəsində hasarın tikintisinə (1400.00 manat), Ağacların əkilməsinə (1625.00manat), N.şərifov kücəsindəki pannoda yeni şəkillərin quraşdırılması (400 manat), Səfixanov kücəsində su arxların tikintisi (600 manat), Güllərin əkilməsinə (3500 manat), M.Vəliyev küçəsində divarların suvaqlanması və rənglənməsi (400 manat), əzizbəuov küçəsində ştaket reyka hasarın tikintisi və rənglənməsi (14025 manat), Divarların rənglənməsi (250 manat), Dağıstan küçəsi 6 saylı ünvanda bələdiyyə yerləşdiyi otaqların əsaslı təmiri (3500 manat) aparılmışdır və s. işlər görülmüşdür.
6 ay ərzində bələdiyyə daxili yolların təmirinə də diqqət yetirmişdir. Belə ki, şarvili və Piroğlanov küçələrinə 1200 manatlıq cari təmir işləri aparılmışdır.
Hesabat dövründə bələdiyyənin maraq dairəsində olan işlərdən biri də sakinlərin sosial və maddi yardımlarla bağlı müraciətlərinə baxılması olmuşdur. Novruz və Ramazan bayramınlarında 120 nəfər imkansız ailəyə cəmi 3400 manat dəyərində ərzaq bağlamaları paylanmışdır.
Hesabat dövründə bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsinə bələdiyyə vəsait ayırmışdır. 20 Yanvar – Ümummilli Hüzn günü. 8 Mart – Beynəlxalq Qadınlar günü, 9 May – Faşizm üzərində qələbə günü münasibəti ilə keçirilmiş tədbirlərə 1800 manat vəsait sərf edilmişdir.
Sonda deyd edək ki, bələdiyyə 6 ay ərzində kifayət qədər iş görsə də, bu, bizi qane etmir. Vəsait azlığından planlaşdırdığımız işlərin bir hissəsini icra edə bilməmişik. Hesabat verdiyimiz müddətdə bələdiyyə əmlakının satışından, demək olar ki, gəlir daxil olmamış, fiziki şəxslərdən əmlak vergisinin yığılmasına yeni başlanılmış, yerli əhəmiyyətli tikinti materiallarının istehsalı ilə məşğul olan sahibkarlar mədən vergisini tam köçürməmişlər.
Qarşımızda duran əsas vəzifələrdən biri bu sahələrdən gələn vergi və gəlirləri tam toplamaqla, şəhər ərazisində nəzərdə tutduğumuz iri layihələri icra etmək və bələdiyyənin istehsal sahələrini yaratmaqdır.