"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qusar şəhərində görəcəyimiz işlər çoxdur –BəLəDiYYə SəDRi YAZIR

--2017-02-14 / 11:09

Qusar şəhərində görəcəyimiz işlər şoxdur –BəLəDiYYə SəDRi YAZIR

Respublikamızın   hər yerində  fəaliyyət  Proqramına   çevrilmiş, cənab Prezidentin    fərmanı ilə  təsdiq  edilmiş  Regionların sosial-iqtisadi  inkişaf proqramından  irəli gələn  vəzifələrin  həyata  keçirilməsi  istiqamətində  rayonumuzda da  ciddi  işlər aparılır. Mövcud  problemlərin  çatışmamazlıqların aradan  qaldırılması  üçün   tədbirlər  görülür.

Biz    Qusar şəhər   bələdiyyəsi olaraq, rayonda  qazanılmış  nailiyyətlərə öz  töhfəmizi  qatmaq  üçün səylərimizi əsirgəməmişik.

Bələdiyyələrin  gələcək fəaliyyətinin  səmərəli  təşkil edilməsini təmin etmək məqsədi ilə daimi  komissiyalar yaradılaraq, əməli  işlərin  aparılması üçün tədbirlər  görülür.

şəhər bələdiyyəsi   olaraq   biz   fəaliyyətimiz  dövründə  maksimum   dərəcədə   əhalinin   sosial şəraitinin  yaxşılaşdırılmasına, onların   şəhərin  xidmət   təşkilatları  tərəfindən  göstərilən  xidmətlərin  yüksək  səviyyədə  təşkil  edilməsinə  çalışırıq. Bələdiyyə  üzvləri  mütəmadi olaraq  şəhər  ictimaiyyəti  ilə birgə  işin   qurulmasını  təmin etmək   üçün   çalışmışdır.

Fəaliyyətimizi   şəhər    sakinlərinin    firavan   həyat şəraitinin  yaradılmasına  istiqamətləndirilmiş  tədbirlərin görülməsi ilə  davam  etdirəcəyik.

şəhərimizdə  görüləcək  işlərimiz  çoxdur.  Biz  əsasən  yeni salınmış məhəllələrdə   yolların  çəkilişinə,  su  və kanalizasiya  xətlərinin  qurulmasına , qaz  və elektrik   xəttləri  ilə  təmin   edilməsinə    diqqətimizi  artıracayıq.

Biz   çalışacağıq  ki,  şəhərimizin   əlaqədar  təşkilatları, idarə  və müəssisələri  ilə  birgə   əlaqəli işimizi   quraq  doğma   şəhərimizdə aparılan   quruculuq, abadlıq   işlərinin  geniş  vüsət  almasına   nail olaq.  Amma  buna  baxmayaraq  Qusar   bələdiyyəsinin  2016-cı   il ərzində   gördüyü  işlər, təşkil etdiyi    tədbirlər    də  az  olmayıb .

il ərzində bələdiyyəyə rəsmi orqanlardan 172 ədəd sənəd və məktub daxil olub ki, bunlardan 33-cü şəhər icra Hakimiyyətindən,  123-çü Qusar rayon icra şöbəsindən,15-i idarə və təşkilatlardan göndərilib.Sənəd və məktublara müvafiq qaydada baxılıb,cavablar göndərilib.

Hesabat ili ərzində 530  nəfər  fərdi şəkildə qəbul edilib.Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq öz həllini tapıb.  Həmçinin bələdiyyədə 50 nəfər hərbiçinin gəlmə-getmə qeydiyyatı aparılıb.

Qusar  bələdiyyəsi   2016-ci  ildə  13  iclas   çağırıb.  Bu  iclaslarda  bələdiyyə  üzvləri     bütün   məsələlərin   müzakirəsində  yaxından   iştirak  etmişdir. Bu    dövrdə   bələdiyyə   mədəni-kütləvi   tədbirlərin     Novruz  Bayram    el  şənliklərinin  və   1 iyun  -  Uşaqların   Müdafiəsi  günü  tədbirlərin  həyata  keçirilməsində   yaxından   iştirak  etmişdir. Yeni   il   bayramı   ilə əlaqədar  mərkəzi  meydanda   yeni il il  yolkası   bəzədilmişdir. Bələdiyyənin  önəm verdiyi  istiqamətlərdən ən vacibləri imkansız  və kimsəsiz  şəxslərə maddi  yardımların verilməsidir. Bu  işlər  pul, tikinti materialları, ərzaq  yardımları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində  həyata  keçirilir. Sakinlərin fərdi  müraciətləri  əsasında  bələdiyyədə imkansız ailələrin siyahısı  hazırlanıb, həmin siyahıya əsasən  bayramlar ərəfəsində ərzaq bağlamaları  paylanılmışdır.

Novruz   Bayramı   münasibəti  ilə   Qarabağ   müharibəsi əlillərinə  və imkansızlara  - cəmi  80   ailələyə  bayram    töfhələri   paylanmışdır. Ramazan   və  Qurban    bayramları   münasibətilə   imkansız   , əlil   və  aztəminatlı  -  cəmi  180    ailəyə   bayram   sovqatları  paylanmışdır. 15  ailəyə   dənf   xərclərində  köməklik edilmişdir.12   aztəminatlı  ailəyə   maddi   yardım  edilmişdir. Yüksək   nailiyyətləri   ilə  seçilən    idmançılara  pul   mükafatları  verilmişdirş  imkansız  8  və  4  Qarabağ     müharibəsi  əlillərinin  ailələrinə    maddi   köməklik    göstərilmişdir.   

Bu   il  müddətində  Qusar  bələdiyyəsi   tərəfindən   bir   sıra  abadlıq-quruculuq,  təmir-tikinti  işləri  aparılmışdır.  

-  L.Nemət  küçəsinə düşən pilləkanlar  təmir   edilmişdir.

-  Piroğlanov,K.Kərimov,L.Nemət və Ləzgitsev küçələrinə 400 kub metr çınqıl döşənərək,yayılmışdır.

-  şəhər qəbristanlığının dəmir çərçivələri rənglənmişdir.

-  Qusar  şəhərinə  girişdə və Heydər əliyev  prospektində   şam  ağacı əkilmişdir.

-  Balaqusar  və Çiləgir  yollarında    təmizlik   və əhəngləmə  işləri  aparılmışdır.

-  Azadlıq  və N.şərifov  küçələrindəki   pannoların   şəkilləri  yeniləri  əvəz   olunmuş   və   güllər əkilmişdir.

-  3 saylı   şəhər  Uşaq  baxçasında   günlük    quraşdırılmışdır.

-  Qayakənd   kənd   küçələrinə  çığıl    daşınmış    və   yayılmışdır.

-  Qayakənd  kənd    qəbristanlığında  tor     hasar   çəkilmiş,  metal   kalitka   quraşdırılmış    və talvar      təmir   edilmişdir.

-  Səfixanov küçəsində 50 P/M  su arxı  təmir  edilmişdir.

-  Dağıstan  küçəsi 6 saylı  ünvanda  bələdiyyə yerləşdiyi binada 4 otaq əsaslı təmir  edilmişdir.

-  şəhər   4 saylı  orta məktəbə gedən yola 60 kub metr  çınqıl  daşınaraq  yayılmışdır.

-  Tağıyev    küçəsində uşaqlar üçün  əyləncə    artaksionları, günlük  quraşdırılmışdır

-  Uşaq   əyləncə mərkəzində abadlıq və rəngləmə işləri görülmüşdür.

-  Qusar şəhərinə giriş kompleksində pannodakı lövhə şüşələri yeniləri ilə əvəz edilmişdir.

-  Qayakənd körpüsünün yanına və L.Nemət  küçəsinə çınqıl döşənərək yayılmışdır.

-  F.Musayev və N.şərifov küçələrində xəritə lövhələri quraşdırılmışdır.

-  N.şərifov küçəsində güllər əkilmişdir.

-  E.ibrahimova küçəsində  dəmir hasarlar təmir edilmişdir.

-  F.Musayev küçəsində abadlıq-quruculuq işləri aparılmış, küçə divarları yağıə boya ilə rənglənmişdir.

-  Heydər əliyev  prospektində yanacaq doldurma məntəqəsinin  yanından E.ibrahimova küçəsinə  düşən 94  pilləli   pilləkan  tikilərək sakinlərin istifadəsinə verilmişdir.

şəhərin   mərkəzi meydanında  və   çayın sol  sahilində yerləşən Veteranlar evlərinin   qaz     abunə   haqları   mütəmadi     olaraq ödənilmişdir. şəhərdə    qanunsuz  olaraq    zəbt   edilmiş   torpaq   sahələri geri qaytarılaraq  1 şəhid  ailəsinə,3 Qarabağ   müharibəsi əlilinə və 8 aztəminatlı   ailəyə   yaşayış evlərinin   tikintisi   üçün   torpaq   sahələri  ayrılmışdır.

2017-ci ildə bələdiyyə  tərəfindən görüləcək  işlərin  geniş planı hazırlanmışdır. Biz   görülmüş   işləri   sadalamaqla    kifayətlənməməliyik.  Acıq  etiraf  etməliyik  ki,  şəhərimizin  problemləri  mövcuddur. Görülmüş   işlərə  nəzər   yetirməklə  mövcud  problemlərin  aradan   qaldırılması  üçün   yollar  axtarmalıyıq. Biz  çalışmalıyıq ki,    bu  istiqamətdə  öz  işimizi  şəhər   nümayəndəliyi  ilə  birgə  quraq, şəhər   ictimaiyyətinin   köməyinə  arxalanmaqla  doğma Qusarımızın  abadlaşdırılmasına ,  əhalinin    yaşayış   səviyyəsinin  yüksəlməsinə   yönəldilmiş   tədbirlərin   həyata  keçirilməsində  rayon  icra   hakimiyyətinin   başçısı, hörmətli   şair   müəllimin  bu istiqamətdə  apardığı  geniş   miqyaslı  işlərə  öz  töhfəmizi  verək.

                                                                          əlfəddin ibrahimov

Qusar bələdiyyəsinin sədri

ŞƏRHLƏR