Ağdam rayon icra Hakimiyyəti başçısının Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018 – cı ilin yekunlarıa dair hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Ağdam RiH yayıb.
şəhər, rayon iH başçılarının şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı Ağdam rayonu icra Hakimiyyəti başçısının Quzanlı qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Ağdam Rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənov, idarə, müəssisə və təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Abdullayev hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verib.
Eldəniz Abdullayev məruzəsində bildirib ki, mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşib.
Daha sonra 2019-cu ildə görüləcək işlər barədə danışan Eldəniz Abdullayev bildirib ki, rayon rəhbərliyinin köməkliyi və qayğısı ilə 2019-cu ildə görüləcək işlərə hər il olduğu kimi bu il də tərəfimizdən ciddi yanaşılacaq və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəyik.
Hesabat iclasında çıxış edən Ağdam Rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab ilham əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı. Daha sonra Rayon icra Hakimiyyətinin başçısı yerli nümayəndəliklərlə sakinlər arasında olan əlaqənin daha sıxlaşdırılması üçün görülən işlərdən danışaraq bu əlaqənin daha da artırılamsını və sakinlərin problemləri ilə yerində maraqlanmalı olduqlarını diqqətə çadırdı.
Belediyye.info
|
|
|
|