sorğu
Ağdam rayonu Quzanlı qəsəbəsində məhəllədaxili yollara asfalt salınacaq. Artıq təmir-tikinti işlərinə başlanılıb. Uzunluğu iki kilometrdən artıq olan qəsəbədaxil yollarda çınqıl döşənməsi və hamarlanması davam edir. “Azəryolservis” ASC-nin Xocalı rayon şöbəsi tərəfindən həyata keçirilən layihə Ağdam Rayon icra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə icra olunur. şöbənin ərazidə olan əməkdaşların bildirdiyinə görə, işlər ən yüksək keyfiyyət və tərtib olunmuş qrafikə uyğun həyata keçirilir. Yolun təmiri cari ilin sentybr ayının sonunadək başa çatdırılacağı deyilir.
Belediyye.info