sorğu
Sabunçu rayon Ramana bələdiyyəsi aztəminatlı ailələrin məktəbyaşlı uşaqlarını sevindirib.
Bələdiyyə iclasının qərarıyla qəsəbənin 25 nəfər aztəminatlı ailəsinin uşaqlarına bələdiyyənin inzibati binasında məktəb ləvazimatları təqdim edilib.
Görüşdə bələdiyyənin sədri intizar Rzayeva uşaqları və onların valideynlərinin təbrik etmiş, məktəblilərə təhsillərində uğurlar arzulamışdır.
Qeyd edək ki, bələdiyyə hər il aztəminatlı ailələrin uşaqlarına hədiyyələr təqdim edir.
Belediyye.info
|
|
|