Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə ilham əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir.
Azərbaycanda vüsət alan dinamik inkişaf bütün bölgələrdə olduğu kimi Sabunçu rayonunda da hər bir sahədə yaxından müşahidə olunmaqdadır. Ötən illər ərzində rayon qəsəbələrinin hərtərəfli inkişafı üçün böyük işlər görülmüşdür və bu işlər bu gündə yüksək əzmlə davam etdirilir. Prezident ilham əliyevin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər rayon ərazisində olduqca mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. istifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq baxçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar rayonun simasını tamamilə dəyişmişdir.
Rayonda xüsusən son illərdə vüsət alan inkişafda bələdiyyələrin rolu danılmazdır. Beləki, Sabunçu rayonunda bələdiyyələr daxili yolların abadlaşdırılması, kommunikasiya xətlərinin yenidən qurulması, ağac və bəzək kollarının əkilməsi istiqamətində mühüm işlər görmüşdülər.
Ramana bələdiyyəsi də bu inkişafdan və uğurlardan kənarda qalmamışdır. Ötən 2018-ci ildə bələdiyyənin ümumilikdə 17 iclası keçirilmiş və bu iclaslar zamanı bir çox məsələlər müzakirə olunaraq öz müsbət həllini tapmışdır.
2018-ci ildə xalqımızın əziz və milli bayramlarından olan Novruz bayramı Ramana bələdiyyəsi tərəfindən təmtəraqla və yüksək səviyyədə qeyd edilmişdir. Beləki, Ramana qalası ətrafında qəsəbə sakinləri üçün bələdiyyə tərəfindən musiqili, əyləncəli Novruz şənliyi yüksək səviyyədə keçirilmişdir.
imkansız, aztəminatlı və şəhid ailələri də bələdiyyənin daim diqqət mərkəzində olmuşdur. 2018-ci ildə də belə ailələr diqqətdən kənarda qalmamışdır.
Ramazan ayında şəxsi vəsaitlər hesabına 15 ailəyə ərzaq yardımı verilmişdir. Qurban bayramı ərəfəsində bir neçə qurbanlıq heyvanların alınıb kəsilərək belə ailələrə paylanılması təşkil edimişdir.
il ərzində vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması, yerində həll edilməsi bələdiyyənin qarşısına qoyduğu əsas hədəflərdən biri olmuşdur. Daxil olan müraciətlərin əksəriyyəti bələdiyyədən birdəfəlik maddi yardım almaq ilə bağlı olmuşdur. Daxil olan müraciətlər araşdırılmış, baxış aktları tərtib edilmiş, bələdiyyə iclasında müzakirə edilməklə müvafiq qərarlar qəbul edilmiş, belə ailələrə birdəfəlik maddi yardımlar köçürülmüşdür.
Ötən il yeni yaşıllıqların salınması bələdiyyənin diqqət mərkəzində əsas məsələlərdən biri kimi yer tutmuşdur. Aprel ayında Beynəlxalq Yer günü ilə əlaqədar Ramana bələdiyyəsi tərəfindən Ramana qalası ətrafında tədbir təşkil edilmişdir. Təşkil edilmiş tədbirdə 50 ədəd şam ağacı əkilmişdir.
ətraf mühütün mühafizəsi və ekologiyanın qorunması məqsədilə bələdiyyə 2018-ci ildə öz tədbirlərini davam etdirmişdir. Beləki, ötən il qəsəbənin II sahə adlanan yaşayış massivində iki ədəd məişət tullantılarının atılması üçün meydança tikilmiş, istifadəyə verilmişdir. Bundan əlavə məişət tullantılarının yığılaraq zərərsizləşdirilməsi üçün rayonun Kommunal Təsərrüfatı idarəsi ilə bələdiyyə arasında müqavilə bağlanılmışdır.
Ötən il qəsəbənin bir neçə məhəlləsində abadlıq işləri həyata keçirilmişdir. Belə ki, qəsəbənin məhəllə daxili Ü. Bünyadzadə küçəsində 680 kv.m hissəsində gil torpaq qatı çıxarılaraq daşınmış, sahə hamarlanaraq katok ilə kipləşdirilmişdir. Kipləşdirilmiş sahəyə karbonat qatı verilərək hamarlaşdırılmışdır. Bundan əlavə yolun 350 kv.m hissəsinə asfalt örtüyü salınmışdır.
Ötən il qəsəbənin V. Vəliyev və ə. Bağırov küçələrində hasar divarlarının qaşınıb təmizlənməsi və hasarların dağılmış hissələrinin bərpa edilməsi işləri aparılmışdır. Belə ki, bu küçələrdə ümumilikdə 2250 kv.m abadlıq işləri görülmüşdür.
Qəsəbənin II yaşayış massivində məhəllə daxili yolun 973 kv.m hissəsinə 10-15 sm qalınlıqda karbonat qatı verilərək yayılmışdır.
Payız mövsümündə Ramana qalası ətrafında iməcilik təşkil edilmiş, 100 ədəd şam ağacı əkilmişdir.
Qış mövsümü ilə əlaqədar bələdiyyə tərəfindən bir sıra hazırlıqlar görülmüşdür. Belə ki, yağacaq qarın fəsadlarını vaxtında aradan qaldırılması, sakinlərin avtomobillərin rahat gediş-gəlişini təmin etmək məqsədilə 10 ton xam duz alınıb tədarük edilmişdir.
il ərzində bələdiyyəyə idarə və təşkilatlardan 47 məktub, vətəndaşlardan isə 45 müraciət daxil olmuşdur. Bələdiyyə tərəfindən idarə və təşkilatlara 92 məktub göndərilmişdir.
BAMS proqramına qoşulan Ramana bələdiyyəsi vətəndaşların uçot sisteminin dəqiqləşdirilməsi, dəqiq statistik məlumatların bazaya yerləşdirilməsi və vergi ödəyicilərinin uçotunun aparılması istiqamətində işləri uğurla davam etdirilir.
2019-cu ildə bələdiyyə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq. Daha çox sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində addımlar atacaq, həllini gözləyən məsələlərin həlli olunması üçün çalışacağıq.
intizar Rzayaeva
Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri
(Yazı Sabunçu rayonu
Ramana Bələdiyyəsinin 2018-ci ilin yekunlarına
həsr olunmuş hesabatı əsasında hazırlanıb)