"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ramana bələdiyyəsi sakinlərin müraciətini nəzərə alıb

--2018-10-13 / 19:07

Sabunçu rayonu Ramana bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə ötən 9 ay ərzində sakinlərin istək və arzularını diqqətdə saxlayaraq qəsəbədə abadlıq-quruculuq işlərini həyata keçirib.

Ötən müddət ərzində Ramana bələdiyyəsi tərəfindən sakinlərin müraciətləri nəzərə alınaraq qəsəbənin Ü.Bünyadzadə küçəsinə asfalt döşənmişdir, həmçinin Vəli Vəliyev və əmir Bağırov küçələrində hasarların sökülmüş hissələri bərpa edilmiş və rənglənmişdir.

Eyni zamanda şəhid islam Rəhimovun qəbirüstü abidəsi təmir olunub.

Belediyye.info

ŞƏRHLƏR