"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ramana bələdiyyəsinin 2021-ci ildə görülmüş işlərin HESABATI

--2022-02-18 / 07:59

Sabunçu rayonu Ramana bələdiyyəsi tərəfindən

2021-ci ildə görülmüş işlər haqqında,

o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə

mülkiyyətinin istifadəsi haqqında

 HESABAT

 

Hesabat dövrünün əvvəlində bələdiyyənin iş planı təsdiq edilmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Sabunçu rayonu Ramana bələdiyyəsi tərəfindən 20 ümumi iclas keçirilərək 75 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Geridə qoyduğumuz 2021-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COViD-19 pandemiyası hazırda növbəti dalğası yaşanmaqdadır. Ramana bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur. Qarşıdan gələn Yeni Təqvim ili 2022-ci ili şuşa ili elan edilmişdir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüş, qanunvericiliyin tələblərinə uyğun olaraq söhbətlər aparılmışdır. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində BAMS sistemi üzrə qeydiyyata alınmış 6873 təsərrüfat subyektləri mövcuddur.

Göstərilən 7712 vergi ödəyiciləridən hesabat dövründə 3992 ödəyici vergiyə cəlb olunmuşdur, (bunlardan nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla 15 nəfər güzəştli əmlak vergisindən azad edilmiş təqaüdçülərdir.

2021-ci il ərzində bələdiyyə büdcəsinə 147879,97 manat gəlir daxil olmuş, xərclər 130169,97 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən- 15896,27 manat əmlak vergisi- 117713,15 manat, dəfn üçün qəbir yerinin ayrılmasına görə ödənilən rüsum – 7020 manat, səhvən ödənilmiş məbləğin geri qaytarılması 250,55 manat, dotasiyadan- 7000,0 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-30116,78 manat, əmək haqqından tutulan və ona üstəlik sosial sığorta xərcləri olan DSMF- 9182,50 manat, işsizlik sığorta haqqı 382,09 manat, iTS haqqı 668,92 manat, DSMF, işsizlik, iTS sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış penya 58,04 manat olmuşdur.

Qəsəbə ərazisində olan mövcud sosial problemlərin həllini bələdiyyə həmişə diqqət mərkəzində saxlayır. Belə ki, maliyyə imkanları daxilində ərazidə məhəllədaxili yollarda bir sıra abadlıq işləri aparılmışdır. Ötən 2021-ci ildə qəsəbənin M.ə.Sabir küçəsində məhəllədaxili yola düşən fərdi yaşayış evlərinin hasarları suvanmış, emulsiya məhlulu ilə rənglənmişdir. Həmçinin qəsəbənin ş.Bədəlbəyli, əlağa Vahid, şuşa şəhərciyi adlanan ərazidə, M. Qəribov, 9-cu mədən ərazisində, kənd qəbiristanlığının ətrafında, Yeni Ramana, i. Məmmədov, Rəsul Rza küçələrində və döngələrində abadlıq işləri aparılmışdır, qırma daş, karbonat tökülərək yayılmışdır.

Sakinlərin müraciəti əsasında F.B.Köçərli küçəsində qrunt sularının fərdi yaşayış evlərinə, həyətyanı sahələrə daxil olmasının qarşısının alınması üçün su xətti çəkilmiş və su nasosu quraşdırılmışdır.

Qəsəbənin M. Nağıyev küçəsində ötən il qalınlığı 4 sm olmaqla xırda dənəli asfalt beton örtüyü salınmışdır. il ərzində aparılan abadlıq işlərinə ümumilikdə 53562 manat vəsait xərclənmişdir.

Hər il olduğu kimi 2021-ci ildə də qəsəbədə yaşayan şəhid, qazi, aztəminatlı, imkansız ailələr nəzərdən kənarda qalmamışdır. Belə ailələrə bələdiyyə iclasının qərarlarına əsasən birdəfəlik maddi yardımlar verilmişdir. Bunun üçün bələdiyyə büdcəsindən ümumilikdə 7425 manat məbləğində vəsait köçürülmüşdür. 1iyun Uşaqların müdafiəsi günündə şəhid ailələri övladlarına hədiyyə alınması 222,43 manat məbləğində vəsait xərclənmişdir.

Bələdiyyənin digər xərclərindən dəftərxana xərcləri 929,24 manat, VÖEN-i olan fiziki şəxslərə xidmət haqqı 8755 manat, Qəsəbə Bələdiyyələri Millik assoasiyasına illik üzvlük haqqı 1800 manat, AOYF-na illik 1200 (hər ay 100 manat olmaqla) manat, rabitə və internet haqqı 411,80 manat, onlayn xidmət haqqı 4165,89 manat, poçt xidmət haqqı 382,37 manat, bank xidmət haqqı 342,98 manat, elektrik enerjisi üçün 1206,18 manat, kamera sistemlərinin alınması və quraşdırılması üçün vəsait 446,98 manat, qəzetlərə abunə haqqı 1000 manat, xam duzun alınması üçün 1986,62 manat, səhvən köçürülmüş məbləğ 94,11 manat, audit xidmətləri haqqı 1000 manat, bələdiyyə minik avtomobilinin sığorta haqqı 54 manat, katric dolumu xidmətləri üçün 852,0 manat, AOYF-na əmək haqqından   1% - 343,80 manat, həmkarlar 2% - 808,26 manat, işçilərin sığorta haqqı – 72,98 manat, Bələdiyyə info üçün 200 manat, vəkil xidmətləri haqqı 200 manat təşkil etmişdir.

Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir. Məlum olduğu kimi yaşıllıqlar vaxt keçdikcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 â„– -li Qərarına əsasən tədbirlər görülür.

Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 5 müraciət əsasında tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı şəhəri icra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.

Sabunçu rayon Ramana bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır. il ərzində vətəndaşlardan ümumilikdə 178 müraciət daxil olmuşdur. Daxil olan müraciətlər maddi yardım, vergi borcunun olub-olmaması ilə bağlı qeyd edilən məsələlərə aid olub.

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan ümumilikdə 150 məktub daxil olmuşdur. Daxil olan məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır. Ötən il ərzində bələdiyyə tərəfindən idarə və təşkilatlara ümumilikdə 104 məktub göndərilmişdir.

2021-ci ildə bələdiyyənin 20 iclası keçirilmişdir. Keçirilən iclaslarda ümumilikdə 75 məsələ müzakirə olunmuş müvafiq qərarlar qəbul edilmişdir.

Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir. Bələdiyyədə “qaynar xətt” də (telefon 451-30-46) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “ictimai-Humanitar Məsələləri sektor” u ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Qəsəbədə mütəmadi olaraq şəhid ailələri ilə görüşlər keçirilir, problemləri dinlənilmişdir. Bələdiyyənin səlahiyyətinə aid olan məsələlər dərhal yerində həll edilmiş, səlahiyyətə aid olmayan məsələlər isə aidiyyatı üzrə həll edilməsi üçün idarə və təşkilatlara yönləndirilmişdir.

27 Sentyabr “Anım Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları, üzvləri ilə birlikdə rayon ərazisində qeydiyyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmiş, ailələrə ərzaq yardımları verilmişdir.

Sabunçu rayon Ramana bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten və.s vaistələrlə catdırır.

 

 

T. A. Qəribov

Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri                                            

 

 

 

 

 

ŞƏRHLƏR