Bu gün Sabunçu rayon Ramana bələdiyyəsinin sədri üçün əlamətdar günlərdən biridir. Bələdiyyə sədri bu gün ad gününü qeyd edir. Bu münasibətlə magistratura tələbəsi olan xanın bələdiyyə sədrini təbrik edirik.
Bəs bələdiyyə sədri kimidir?
Rzayeva intizar Urfan qızı 1985-ci ildə anadan olub.
2004-cü ildə Ramana qəsəbəsində yerləşən 198 saylı orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Dörd il ərzində fakültənin regionşünaslıq ixtisasına yiyələnib.
Universiteti bitirdikdən sonra ictimai sahədə fəaliyyət göstərib.
Azərbaycan Mədəniyyət Assosiasiyasının Gənclər departamenti tərəfindən təşkil olunmuş “Siyasi mədəniyyət və konfliktologiya” respublika kulturoloji seminarında fəal iştiraka görə fərqlənməyə layiq görülüb.
2014-cü ilin dekabr ayında bələdiyyə seçkilərində namizədliyini irəli sürərək bələdiyyə üzvü seçilib.
2015-ci ilin yanvarında isə bələdiyyənin ilk iclasında səsçoxluğu ilə Ramanı bələdiyyəsinin sədri seçilib.