"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ramanı bələdiyyəsi məhəllə komitələri yaradır

--2015-11-23 / 20:47

Sabunçu rayon Ramanı bələdiyyəsinin sədri intizar Rzayeva Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyənin maliyyəsi hesabına Yeni Ramana qəsəbəsindəki D. Bünyadzadə küçəsində məişət tullantılarının toplanması üçün yeni meydança  istifadəyə verilib.

Bələdiyyənin maliyyə vəsaitiylə bundan əvvəl kənd qəbirstanlığının ətrafında hasarlama işləri aparılmış və ərazidə ciddi təmizlik işləri həyata keçirlib.

Hazırda bələdiyyənin qarşısında duran əsas vəzifə bələdiyyənin tərkibində məhəllə komitələrinin yaradılmasıdır.

Sədrin sözlərinə görə, hazırda qəsəbənin tanınan və sayılan şəxslərinin iştirakıyla prosesə start verilib.

Belediyye.info

ŞƏRHLƏR