“Ramanı bələdiyyəsi “Südçülük sovxozu” yaşayış massivində ərazinin qrunt sularından təmizlənməsi üçün nasosxananın tikintisinə başlayıb”- bu barədə məlumatı Belediyye.info saytına sədr intizar Rzayeva verib. Onun sözlərinə sakinlərin müraciəti ilə inşa edilən nasosxananın tikintisinə büdcədən 1500 manat vəsait ayrılıb. Buna qədər isə bələdiyyə qəsəbədəki istirahət parkında abadlıq təmizlik işləri aparılıb.
Yaxın günlərdə bələdiyyə iclasının qərarına əsasən yeni ağaclar alınaraq qəsəbənin girişinə və magistral yol kənarında əkilməsinə start veriləcəkdir.
Doqquz ay ərzində 60 min manata yaxın vəsaitin toplanıdığını deyən sədrin sözlərinə görə, əsas məqsədimiz sənədsiz mənzilləri vergiyə cəlb etməkdir. Bunun üçün əhali arasında maarifləndirmə işinə ciddi diqqət yetiririk.
Belediyye.info