"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ramiz Nəsibov üçün özəl gün

--2021-08-15 / 01:41

Bu gün Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov   üçün özəl gündür. Belediyye.info kollektivi olaraq bu münasibətlə bələdiyyə sisteminin inkişafına çoxsaylı töhvələr verməkdə olan Ramiz Nəsibovu ürəkdən təbrik edirik.

Bələdiyyə sədrini yaxından tanıyaq: 

O, 1964-cü ilin bu günündə anadan olub.

 1982-1991-ci illərdə Azərbaycan Texniki Universitetinin mexanika fakultəsini bitirib.

1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1994-1999-cu illərdə Moskva  Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib.

əmək fəaliyyətinə Sabunçu rayon Mənzil Təsərrüfat Birliyinin 44 saylı MiS ində fəhlə işindən başlayıb.

 1985-ci ildə həmin idarənin 81saylı  MiS-də texnik, 1990-cı ildən 86 saylı MiS-də mühəndis, 47 saylı MiS də müvəqqəti rəis vəzifəsində çalışıb.

 2005-ci ildə Sabunçu rayon Bakıxanov Bələdiyyəsində  ərazi mülkiyyətinin idarə etmə şöbəsinin müdüri vəzifəsində çalışıb.

23 dekabr 2009-cu ildə III çağırış bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilmiş və  bələdiyyənin ilk iclasında sədrin I müavini vəzifəsində seçilib.

23 dekabr 2014-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən IV çağırış bələdiyyə seçkilərində iştirak edərək növbəti dəfə bələdiyyə üzvü seçilib.

30.07.2015-ci il tarixli bələdiyyə iclasının qərarı ilə Bakıxanov bələdiyyəsinin sədri seçilib.

 Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. 2 övladı var. 

ŞƏRHLƏR