“Sabunçu rayon Bakıxanov bələdiyyəsi bütün fəaliyyətini seçicilərin problemlərinin həllinə, asudə vaxtının səmərəli təşkilinə, habelə qəsəbədə abadlıq işlərinin həyata keçirilməsi istiqamətində qurub” - bu sözləri Belediyye.infonun əməkdaşıyla söhbətində Bakıxanov Bələdiyyəsinin sədri Ramiz Nəsibov deyib.
Sədrin sözlərinə görə, altı ay ərzində bələdiyyə qəsəbədə həyata keçirilən abadlıq işlərinə 82 min manat vəsait ayırıb.
Hər bir bələdiyyə üzvünün yaxından iştirak etdiyi iclasda qəsəbədə aparılan işlərə maliyyə vəsaitinin ayrılmasına razılıq verilib.
Ramiz Nəsibov bələdiyyənin abadlıq işləriylə bağlı fəaliyyətlərinin bəzi detallarını Belediyye.infoya açıqladı:
• Bakıxanov qəsəbəsi N.ismayilov və ş.Kamilov küçələrinin kəsişdiyi və qəbiristanlıga gedən yola asfalt beton örtüyünün vurulmasına - 24 min manat
• Bakıxanov qəsəbəsi ə.Ağayev küçəsində yola asfalt beton örtüyünün vurulmasına 3500 manat
• Bakıxanov qəsəbəsi Yavər əliyev kücəsində yeni salınan parkda görülən işlərə 40 min manat
• Aşıq Pəri kücəsindən Bül-Bülə gölünün Bakıxanov qəsəbəsinə aid sahəsinə yolun acilması-6000 manat
• X.Xasməmmədov küçəsində həyata keçirilən işlərə -8000 manat
Bakıxanov bələdiyyəsi son bir ildə qəsəbənin abadlıq işlərinə xərclədiyi vəsaiti maliyyəsizlik ucbatından son illər xərcləməmişdir.
Artıq bələdiyyə vergi xidmətinin düzgün təşkilinin nəticəsidir ki, yerli büdcə daxilolmalarının həcmi artıb. Həm bələdiyyə qulluqçularının əməkhaqqını artıra bilmişik, həm də qəsəbədə abadlıq işlərinin səviyyəsini genişləndirmişik.
Ancaq bütün bunlarla yanaşı bələdiyyə sosial layihələrin icrasını da davam etdirir. “20 Yanvar” Ümumxalq Hüzn Günü, “8Mart” Beynəlxaq Qadınlar günü, “Novruz” bayramı münasibəti ilə və qəsəbənin aztəminatlı, şəhid ailələrinə birdəfəlik maddi yardımlar göstərilir. Bu qrupa aid insanlar artıq siyahılaşdırılıb. Cari ilin ilk altı ayı ərzində 5000 manata yaxın bu istiqamətdə maliyyə vəsaiti xərclənib.
Sədrin fikrincə, bələdiyyə işini əsasən məhəllə komitələri və bələdiyyə üzvləri vasitəsiylə elə qurmalıdır ki, yaranan problem anındaca öz həlini tapsın.
Məhz bu sistemin nəticəsidir ki, qəbula gələn vətəndaşların sayı ötən illərlə müqayisədə azalmağa doğru gedir. Bələdiyyəyə qəbulə gələnlərin sayı 60 nəfərə yaxın olub. Bələdiyyə üzvlərinin və məhələ komitələrinin yaxından iştirakıyla vətəndaşların səyyar qəbullarının təşkli nəticəsində birbaşa bələdiyyə müraciət edənlərin sayı azalıb.
Bələdiyyəmiz bundan sonra da sosial layihələrə geniş yer verməklə yanaşı ahıl, tənha və qəsəbənin yaşlı sakinlərinin asudə vaxtının səmərəli təşkili üçün Yavər əliyev adına olan parkda Sabunçu Rayon icra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə ciddi işlər həyata keçirir.
Sonda sədr maraqlı bir açıqlama ilə də çıxış etdi:
- Sakinlərə üzümü tutaraq xahişm odur ki, qəsəbəmizin gözəlliyinə xələl gətirə biləcək hər hansı bir addım atmasınlar. əkilən hər bir ağaca, gül kollarına qayğı ilə yanaşsınlar.
Biz də bir bələdiyyə olaraq sakinlərinimizin bizə ödədiyi vergilərdən əldə etdiyimiz maliyyə vəsaitini məhz qəsəbəmizin inkişafına yönəltməyi unutmayacağıq.
Belediyye.info