Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Respublika Komitəsi təşkilatın rayon komitələrinə məktubla müraciət edib. Məktubda qeyd edilir:
Azərbaycan Respublikasının Nazirlər Kabineti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 461â„–-li Qərar qəbul etmişdir. Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı bu Qərarın surətini işinizdə istifadə etmək üçün Sizə göndərir.
“ â„– 461 Bakı şəhəri, 2 dekabr 2019-cu il
iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında
Azərbaycan Respublikasının əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər ¬Kabineti qərara alır:
iş və istirahət günlərinin ardıcıl ¬olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.
əli əsədov
Azərbaycan Respublikasının Baş Naziri”