"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rayon qadınlar şurasının sədri bələdiyyə sədri seçilib: GöYçAYDA

--2017-05-23 / 20:16

Belediyye.infoya daxil olan məlumata görə, bir müddət əvvəl Göyçay bələdiyyəsində sədr dəyişikliyi verib. Bələdiyyə iclasının qərarıyla  Mirzəyeva Zahidə Rza qızı səsçoxluğu ilə bələdiyyə sədri seçilib.

Xatırladaq ki, bundan əvvəl Azad Mahmudov səhhətiylə əlaqədar vəzifəsini tərk etdiyindən, Cavid Rəhimov sədr səlahiyyətlərini  icra edirdi.

Z.Mirzəyevə bu vəzifə təyinatıyla yanaşı  rayon qadınlar şurasının sədri, həmdə rayon uşaq yaradıcılıq mərkəzinin direktoru vəzifəsində çalışır. 

Qeyd edək ki, Göyçay bələdiyyəsinin on beş nəfər üzvü vardır.

Belediyye.info  

ŞƏRHLƏR