"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rayonda qərargah yaradılıb

--2017-02-02 / 02:17

Pirallahı bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, hava şəraitinin pisləşməsi ilə əlaqədar rayonda qərargah yaradılıb. Qəsəbənin daxili yolları rayon yol idarəsi, rayon bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən texnikalarla təmizlənmiş, yollara qum səpilmişdir.

Gün ərzində əhalinin su,qaz və işıqla təminatında heç bir problem qeydə alınmamışdır.

Məlumatda daha sonra  qeyd edilir ki,  havaların  şaxtalı keçməsi ilə əlaqədar  qəsəbədə aidiyyəti qurumlarla birgə növbələr təşkil olunub.

Bu işlər bundan sonra da  mütəmadi olaraq Pirallahı bələdiyyəsinin də dəstəyi ilə müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılacağı bildirlir.

Belediyye.info

ŞƏRHLƏR