Müasir Azərbaycan Respublikası bu gün inkişafının ən yüksək mərhələsini yaşayır, vətəndaşlarının təhlükəsizliyinin, yüksək rifah halının və rahat yaşayışının təmin olunması istiqamətində qətiyyətli addımlar atılır. Ulu öndər Heydər əliyev tərəfindən əsası qoyulmuş davamlı inkişaf strategiyasını möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə reallaşdırılması ölkəmizdə beynəlxalq səviyyədə rəqabət qabiliyyətli iqtisadi sistemin qurulmasını təmin edir, əhalinin həyat səviyyəsinin yüksələrək qlobal standartlara çatdırılmasını sürətləndirir. Həyata keçirilən uzaqgörən dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayandığına görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Hər il olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq qalmaqdadır.
Muxax Bələdiyyəsi Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, Bələdiyyələrlə iş Mərkəzinin təklif və tövsiyyələrindən,bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri,vətəndaşların təklif və tövsiyyələrini eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Zaqatala rayon icra Hakimiyyətinin Başçısı Mübariz əhmədzadənin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini davam etdirmişdir.
Azərbaycanın Prezidenti cənab ilham əliyev tərəfindən regionlara diqqət və qayğının artması nəticəsində Zaqatala rayonunda da qəsəbə kəndlərinə, o cümlədən Muxax bələdiyyəsi ərazisində aparılan abadlıq, yenidənqurma, yaşıllaşdırma işləri bələdiyyə ərazisinin simasının günü-gündən gözəlləşməsinə, müasirləşməsinə səbəb olmaqdadır.Buna əyani olaraq yollara asvalt döşənməsini misal göstərə bilərik.Yolların yenilənməsi vətəndaşlarımızın çox böyük sevincinə səbəb olmuşdur.
Bələdiyyələrdə aparılan işlərin səmərəlliyi də bütövlükdə ölkədə həyata keçirilən uğurlu siyasi,iqtisadi,sosial siyasətin nəticələrindən asılıdır.
Bələdiyyə olaraq biz də fəaliyyətimizi əsasən quruculuq-abadlıq, səliqə-səhman işlərinə yönəldirik. Ümumiyyətlə, Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi nümayəndəlikləri ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurmuşdur.
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Muxax Bələdiyyəsi 2019-cu ilin 6 ayı ərzində gördüyü işlər haqqında bələdiyyə üzvləri iclasında təsdiq olunmuş hesabatını ictimaiyyətə təqdim edir.
2019-cu ilin 6 ayı ərzində Muxax bələdiyyəsində 10 iclas keçirilmişdir, həmin iclaslarda 32 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmiş qararların icrası da vaxtında yerinə yetirilmişdir.
6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 55 ədəd ərizə və məktub daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur.
Müraciət edənlərin əksəriyyətinin xahişi imkan daxilində müsbət həll edilmişdir.6 ay ərzində 37 nəfər bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar və icra aparatı tərəfindən araşdırılaraq həllini tapmış həlli mümkün olmayan ərizələr isə baxılması üçün əlaqədar qurumlara yönəldilmişdir.6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 58 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmışdır.
Bələdiyyədə 2019-cu ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanununa uyğun qayadada qurulmuşdur.Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir.Hamımız yaxşı bilirik ki,bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır.
Maliyyə imkanlarımız əsasında 2019-cu ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini təmin etmişik.
- Muxax kəndinin mərkəzi və Zəyəm yoluna 26 ədəd azbez boru alınaraq texnikanın köməkliyi asvalt salınacaq yollara qoyulmuşdur və dövlətimiz tərəfindən əsas yollara asvalt salınmışdır.
-Zaqatala-Bakı şosse yolunun və Zaqatala Qax şösse yol kənarındakı yaşıllıq ərazisi kol-kosdan yabanı alaq otlarından təmizlənmiş qurumuş ağacların yerinə yeni ağaclar əkilmiş,yaxın zamanlarda yol kənarı ağacların ağardılması işləri aparılmışdır.
-Yol kənarlarının alaq otlarından təmizlənməsi üçün 3 ədəd ot calanmotor alınmışdır.
-Dağ dibi yaşayış sahəsində qazılmış arteziyanın xəttdə birləşməsi üçün su cəni alınaraq qoyulmuşdur.
-Suvarma suyunun çaylaxlarda müntəzəm olmasını təmin etmək üçün Suvarma Sistemləri idarəsi rəhbərliyi ilə danışıqlar aparılmış bu sahə həmişə diqqət mərkəzində olmuşdur.
-Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi də diqqət mərkəzində olmuş bələdiyyənin imkanları hesabına fındıq və tut tinki bağı salınmış mütamadi olaraq həmin sahələrə qulluq edilməklə nəzarətdə saxlanılmışdır.
- əlillərə xəstələrə,yas yerlərinə,tək kimsəsizlərə və maddi yardımlar edilmişdir.
-Dövlət əhəmiyyətli bayram tədbirlərinin yüksək səviyyədə kecirilməsində bələdiyyə yaxından iştirak etmişdir.
-Zəyəm kənd qəbirstanlığın bir hissəsinin ətrafı dəmir məhəcərlə bərkidilmiş dəmir darvaza qoyulmuş və yoluna cınqıl daşınaraq təmir edilmişdir.
-Muxax və Zəyəm kənd Qəbirstanlıqlarında təmizlik abadlıq işləri görülmüşdür. Bundan başqa Muxax kənd qəbirstanlığında tikinti işləri aparılmışdır ətrafının bir hissəsi bərkidilmişdir.
-Kəndin bir necə yoluna cınqıl daşınaraq təmir işləri aparılmış,bu işlər bundan sonra da davam etdiriləcəkdir.
-2019-cu ilin 6 ayı ərzində gəlir və xərclərimiz aşağıdakı kimi olmuşdur.
Məlumat üçün bildirim ki,01yanvar 2019-cu il tarixə qalıq olmuşdur 1242 manat
Büdcəyə aşağıdakı mənbələrdən pul vəsaiti daxil olmuşdur;
- Torpaq satışından – 26677 manat
- Torpaq vergisi - 4667 manat
- əmlak vergisi – 1624 manat
- Torpaq icarə haqqı - 2061 manat
- Mədən vergisi 30 manat
- Fındıq satışından- 240 manat
- Dövlət tərəfindən verilən - dotasiya – 2520 manat
Cəmi 36.769
Bələdiyyənin 2019-cu ilin 6 ayı ərzində xərcləri aşağıdakı kimidir.
- işçilərə əmək haqqi ödənilmişdir - 12156 manat
- DSMF ödəmələr – 2719 manat
- Yerli xəzinədarliq orqanına vergi ödənişi – 217 manat
- Dəftərxana ləvəzimati və kitabların alınmasına – 396 manat
- işsizlik sığortası –131 manat
- Silahlı qüvvələrə -300 manat
- Maddi yardım tək kimsəsizlər yas yerlərinə -960 manat
- Abunə uçun – 419 manat
- Rabitə xidmətinə – 342 manat
- Yolların təmirinə xidmət haqqına- 2299 manat
- Ot calan motorlar alınmasına - 550 manat
- Yollara borular alınmasına -3300 manat
- Qəbiristanlığa mal-material alınmasına -2201 manat
- Mədəni kütləvi tədbirlərə idmana -2300 manat
- DəDRX-nə sənədləşmə üçün - 854 manat
- Bank xidmətinə – 222 manat
- Elektirik enerjisi sərfiyyatına – 96 manat
- Kənd Bələdiyyələrinin Milli Assosiasiyasina – 180 manat
- Bələdiyyə qulluqcuları Həmkərlar təşkilatına -217 manat
- Abadlıq işlərinə -1760 manat
- Həyətyanı üçün ödənilmiş pul geri qaytarılıb -3529 manat
- Audit xidmət haqqı -2400 manat
- Müqaviləyə əsasən xidmət haqqı (abidə tikintisi) -894 manat
Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir.Bələdiyyə üzvlərimiz seçicilərin qarşısındakı məsuliyyətlərini daha dərindən dərk edir,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışırlar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Muxax Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook) internet səhifəsindən və dolğun məlumat ala bilər.
Bundan başqa bələdiyyə binasında məlumat lövhəsində gündəlik məlumatlarla,xəbərlərlə tanış ola bilərsiniz.Biz hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq təmin edilsin.əsas məsələ odur ki,secicilər bələdiyyədən razı qalsınlar.
Bütün bu sadaladıqlarımla yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz işlər,həllini gözləyən problemlərimiz yenə də qalmaqdadır.Vətəndaşların bələdiyyəyə ötən illərdən qalan həyətyanı satışından ödənilməmiş qalan,pay torpağı və əmlak vergi borcları var.Bələdiyyəyə ötən illərdən daha çox borcu olan 65 nəfər vətəndaşların məsələsi bələdiyyə üzvlərinin iclasında müzakirə edilmiş, qərar qəbul edilmişdir ki, vergilərin ödənilməsi üçün həmin vətəndaşlara vaxt verilsin.Məcburiyyət qarşısında qalaraq biz bu addımı atmağa məcbur olmuşuq.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Bu günə qədər biz həmişə calışırıq ki, əhali ilə aramızda narazılıq yaratmadan müvafiq qaydada vergi toplanmasına nail olaq.Təəssüflər olsun ki,yenə də vergilər ödəməkdən yayınan vergi ödəyicilərimiz qalmaqdadır.Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə verilməsindən sonra bələdiyyə ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir.Məlumat üçün bildirim ki,sistem tam olaraq işlək vəziyyətdədir.Bələdiyyənin bütün gəir və xərcləri həmin sistemdə yerləşdirilmişdir.Artıq demək olar ki,bələdiyyədə şəvfaflıq təmin olunubdur.Elə bunun nəticəsidir ki,vətəndaşlardan bu günə qədər vergi ilə əlaqədar olaraq hər hansı bir şikayət bələdiyyəyə daxil olmamışdır.Bu sevindirici bir haldır.Bu sistem bizə imkan verir ki,vergiləri qısa müddət ərzində hesablama həyata keçirək ki,vergi yığımında şəvfaflığı təmin edək.Bir məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm ki, vergiləriniz barədə məlumatı bələdiyyəyə müraciət etməklə bir necə saniyə ərzində tədiyyə bildirişini əldə edirsiniz, ötən illərdən qalan vergi borclarınızı bu il hesablanmış vergilərinizi Muxax poçt şöbəsindəki Muxax bələdiyyəsinin hesabına ödəyə bilərsiniz.
Bir məlumatı da Sizlərin nəzərinizə catdlrmaq istəyirəm ki,2019-cu il bildiyiniz kimi növbəti bələdiyyə seçkiləri ilidir.inanıram ki,hər bir seçicimiz seçkilərdə fəal iştirak edəcəkdir və öz layiqli namizədinə səs verəcəkdir ki,bələdiyyəmiz bundan sonra da nəyinki rayon səviyyəsində, Respublika səviyyəsində sayılıb seçilən bələdiyyələrdən biri olacaqdır.Bizim birliyimiz sizin səsinizlə yeni seciləcək tərkib bələdiyyənin bundan sonrakı inkişafında da əsas rol oynayacağını diqqətdən qacırmamalıyıq.
Mən şübhə etmirəm ki, Muxax bələdiyyəsi bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün nəzərdə tutduğumuz planlarımız həyata keçiriləcəkdir. Verdiyimiz bütün vədlər yerinə yetiriləcəkdir. Bu gün Muxax bələdiyyəsinin reallıqları onu göstərir ki, biz düzgün yoldayıq.
Valeh Abdullayev
Zakatala rayon Muxax bələdiyyəsinin sədri