"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Regional ədliyyə idarələrinin 10 yaşı tamam olur

--2018-11-05 / 12:46

Məlumdur ki, ötən dövr ərzində Azərbaycanda həyata keçirilən hərtərəfli demokratik islahatlar çərçivəsində qanunvericiliyimizin bütün sahələrində böyük dəyişikliklər aparılmış, yeni qanunlar, fərmanlar, qərarlar və digər normativ hüquqi aktlar qəbul olunmuş və təbii ki, bu proses ədliyyə sahəsindən də yan keçməmişdir.
Belə ki, ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində nazirliyin fəaliyyət istiqamətləri genişləndirilmiş, o cümlədən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün möhtərəm prezident ilham əliyevin “ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, 446 nömrəli Fərmanı ilə Regional ədliyyə şöbələri yaradılmışdır.
Həmçinin Azərbaycan Respublikasının ədliyyə Naziri cənab Fikrət Məmmədovun 08 oktyabr 2007-ci il tarixli, 38-T nömrəli əmri ilə “Regional ədliyyə şöbələri haqqında” Nümunəvi əsasnamə təsdiq edilmiş, 2008-ci ilin yanvar ayından isə fəaliyyətə başlamışdır.
Həmin əsasnamədə yerli özünüidarəetmədə bələdiyyələrin işinin zamanın tələblərilə uzlaşdırılması, səmərəliliyinin artırılması, hüquqi maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsi, mövcud qanunvericilik normalarının tətbiqinin yaxşılaşdırılması, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, eyni zamanda onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi ilə bağlı müddəlar öz əksini tapmışdır.
Yerlərdə ədliyyə orqanlarının işinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün 10 regional ədliyyə şöbəsi (Gəncə, Sumqayıt, şirvan, Bərdə, imişli, Göyçay, Lənkəran, Xaçmaz, şəki və şəmkirdə) yaradılmış, onların strukturu və ştat bölgüsü təsdiq edilmiş, səlahiyyətlərinə aid olan məsələlər və ərazi yurisdiksiyaları müəyyən olunmuş, əsasnaməsi təsdiqlənmiş, həmçinin regional ədliyyə şöbələrinə zəruri şəraitin yaradılması, onlara ayrılmış binalarda təmir, abadlıq işlərinin aparılması, maddi-texniki təminatı üzrə müvafiq tədbirlər görülmüşdür.
Dövlət başçısının “ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanına uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onlara hüquqi və metodiki yardımın yaxşılaşdırılması məqsədi ilə ədliyyə Nazirliyinin tabeliyində yaradılmış regional ədliyyə şöbələrinin kadrlarla komplektləşdirilməsi, onların işinin düzgün təşkili üçün əlavə tədbirlər həyata keçirilmiş, yeni təyin olunmuş kadrların peşə hazırlığını yaxşılaşdırmaq məqsədi ilə onlara əməli və metodik kömək göstərilmişdir.
Yuxarıda qeyd etdiyim kimi artıq 10 ildir ki, Regional ədliyyə şöbələri fəaliyyətə başlamış, onun maddi-texniki bazası möhkəmləndirilmiş, kadrlarla təminatı, habelə onlara ayrılmış binalarda lazımi iş şəraitinin yaradılması ilə əlaqədar yeni inzibati binaların inşası üzrə zəruri tədbirlər görülmüş və bu proses davam etdirilməkdədir.
Buna misal olaraq imişli rayonunda inşa edilmiş imişli regional ədliyyə idarəsinin inzibati binası bunun bariz nümunələrindən biridir. Həmin bina rayonumuza gözəl görkəm bəxş etməklə yanaşı, hər cür avadanlıqla təchiz olunmuşdur. idarənin ərazi yurisdiksiyası 7 rayonu (imişli, Saatlı, Beyləqan, Biləsuvar, Füzuli, Cəbrayıl və Xocavənd) əhatə edir ki, həmin rayonlarda fəaliyyət göstərən yerli ədliyyə qurumlarına nəzarət, bələdiyyələrin fəaliyyətinə isə inzibati nəzarət həyata keçirilir.
Bir məsələni də xüsusilə qeyd etmək istərdim ki, ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli, 446 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 19 noyabr 2016-cı il tarixli Fərmanı ilə Regional ədliyyə şöbələrinə idarə statusu verilməklə Regional ədliyyə idarələri adlandırılmış və onun gələcək inkişafı üçün böyük zəmin yaranmışdır. Eyni zamanda həmin Fərmanla “Regional ədliyyə şöbələri haqqında” Nümunəvi əsasnaməyə dəyişiklik edilməklə idarələrdə yerli ədliyyə orqanlarının və bələdiyyələrin fəaliyyəti ilə bağlı nazirliyin rəhbərliyi və aidiyyəti baş idarə rəisləri tərəfindən vətəndaşların virtual qəbulu təşkil edilir. Bütün bunlar ədliyyə orqanlarında aparılmış islahatların bariz nümunəsidir.
Təbii ki, ölkə rəhbərliyi və nazirlik tərəfindən atılan bütün bu mütərəqqi addımlar yerli özünüidarə orqanları, hüquq ictimayyəti, vətəndaş cəmiyyəti və ümumiyyətlə əhali tərəfindən böyük rəğbət hissi ilə qarşılanır.
Qeyd etdiyimiz kimi, yerlərdə bələdiyyələrə metodiki köməklik göstərmək və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək Regional ədliyyə idarələrinə həvalə olunmuşdur ki, bu iş onların fəaliyyət istiqamətləri sırasında mühüm yerlərdən birini tutur.
Regional ədliyyə idarələri aşağıdakı fəaliyyət istiqamətlərinə uyğun olaraq fəaliyyət göstərir:
- regionlarda ədliyyə orqanlarının fəaliyyətinə nəzarət edir və onların fəaliyyətini əlaqələndirir;
- bələdiyyələrə metodiki köməklik göstərir və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;
- qanunvericiliklə müəyyən edilmiş cinayətlər üzrə ibtidai istintaq aparır;
- qeydiyyat və notariat işinin təşkilində iştirak edir;
- məhkəmə qərarlarının icrasının təşkilində iştirak edir;
- hüquqi maarifləndirmə işini həyata keçirir;
- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir;
- yerli ədliyyə orqanlarının və bələdiyyələrin fəaliyyəti ilə bağlı nazirliyin rəhbərliyi və aidiyyəti baş idarə rəisləri tərəfindən vətəndaşların virtual qəbulu təşkil edir.
Sözügedən əsasnaməyə nəzər saldıqda görərik ki, Regional ədliyyə idarələri eyni zamanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək və onlara metodiki köməklik göstərilməsi məqsədi ilə yaradılmışdır. Qanunvericiliyə uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı ədliyyə orqanları tərəfindən görülmüş işlər hər il dərin təhlil edilərək ümumiləşdirilir və bu sahədə illik məruzə hazırlanaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir. Ötən dövr ərzində təqdim edilmiş məruzələr parlamentdə müzakirə edilərək məqbul hesab olunmuşdur.
Sonda onu da qeyd etmək istərdim ki, bu 10 il ərzində imişli regional ədliyyə idarəsi də öz növbəsində üzərinə düşən vəzifələri böyük əzmkarlıqla yerinə yetirməkdədir.
Belə ki, 22 noyabr 2018-ci il tarixdə Azərbaycan ədliyyəsinin 100 ili tamam olur. Hər il olduğu kimi bu ildə ədliyyə işçiləri öz peşə bayramlarını çox böyük coşqu ilə qeyd edəcəkdir.
Hörmətli prezidentimiz cənab ilham əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Regional ədliyyə idarələrinin günbəgün artan rolunun və əhəmiyyətinin orta məktəb şagirdlərinin diqqətinə çatdırılması qarşıda duran başlıca vəzifələrimiz sırasına daxildir.
Bu məqsədlə cari ilin oktyabr ayı ərzində imişli regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına daxil olan rayonlarda fəaliyyət göstərən orta təhsil məktəblərində imişli regional ədliyyə idarəsi və imişli rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda maarifləndirmə kursu keçirilmişdir. Bildirirəm ki, hal-hazırda da bu sil-silə tədbirlər davam etdirilməkdədir.
Bir ədliyyə işçisi olaraq bu istiqamətində üzərimizə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət hissi ilə, şərəflə yerinə yetirməyə, bizə göstərilən hər bir etimadı layiqincə doğrultmağa, beləliklə də xalqımıza və xalqa arxalanan dövlətçiliyimizə sədaqətlə xidmət etməyə həmişə hazırıq.

ilkin Savalan

Azərbaycan Respublikası ədliyyə Nazirliyi
imişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi
I dərəcəli ədliyyə qulluqçusu

ŞƏRHLƏR