"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Regional ədliyyə idarəsi tərəfindən Bərdə şəhərində bələdiyyə üzvləri və qulluqçuları ilə seminar keçirilmişdir

--2023-02-24 / 14:17

Bərdə regional ədliyyə idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik göstərilməsi məqsədi ilə 2023-ci ilin birinci yarımilinə dair seminarlar qrafikinə uyğun olaraq  23.02.2023-cü il tarixdə idarənin yurisdiksiyasına daxil olan Bərdə rayonu üzrə bələdiyyə üzv və qulluqçuları ilə seminar keçirilmişdir. Seminarda “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərənamından irəli gələn vəzifələr”, “Suşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr”, “Yerli büdcə gəlirlərinin artırılması və onlardan səmərəli istifadə sahəsində 2022-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr”, “Müasir çağrışlar fonunda bələdiyyələrin fəaliyyətində şəffalığın artırılmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ şərait yaradan hərəkət və ya hərəkətsizlikləri barədə”, “Müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi”, “Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyələr tərəfindən göstərilə biləcək xidmətlər” və sair mövzularda çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş, seminar iştirakçılarının sualları cavablandırılmışdır.

 Bərdə regional ədliyyə idarəsi 

 

ŞƏRHLƏR