Regional idarələr iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılır. Bununla bağlı Prezident Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23 fevral 2023, 15:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət idarəsi, Xaçmaz Regional Mədəniyyət idarəsi, ismayıllı Regional Mədəniyyət idarəsi, şəki Regional Mədəniyyət idarəsi, Kürdəmir Regional Mədəniyyət idarəsi, Ağstafa Regional Mədəniyyət idarəsi, şəmkir Regional Mədəniyyət idarəsi, Gəncə Regional Mədəniyyət idarəsi, Bərdə Regional Mədəniyyət idarəsi, Ağcabədi Regional Mədəniyyət idarəsi, Ağdaş Regional Mədəniyyət idarəsi, Sabirabad Regional Mədəniyyət idarəsi, Biləsuvar Regional Mədəniyyət idarəsi, Masallı Regional Mədəniyyət idarəsi və Lənkəran Regional Mədəniyyət idarəsi) əsasında, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.3–1.14-cü bəndləri ilə müəyyən edilmiş Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, aşağıdakı regional mədəniyyət idarələri yaradılsın:
1.1. Abşeron–Xızı Regional Mədəniyyət idarəsi;
1.2. Dağlıq şirvan Regional Mədəniyyət idarəsi;
1.3. Gəncə–Daşkəsən Regional Mədəniyyət idarəsi;
1.4. Qarabağ Regional Mədəniyyət idarəsi;
1.5. Qazax–Tovuz Regional Mədəniyyət idarəsi;
1.6. Quba–Xaçmaz Regional Mədəniyyət idarəsi;
1.7. Lənkəran–Astara Regional Mədəniyyət idarəsi;
1.8. Mərkəzi Aran Regional Mədəniyyət idarəsi;
1.9. Mil–Muğan Regional Mədəniyyət idarəsi;
1.10. şəki–Zaqatala Regional Mədəniyyət idarəsi;
1.11. şərqi Zəngəzur Regional Mədəniyyət idarəsi;
1.12. şirvan–Salyan Regional Mədəniyyət idarəsi.
2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, â„– 3, maddə 572; 2021, â„– 1, maddə 79) 2-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
ilham əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2023-cü il