Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilmişdir. Bu barədə məlumatı komitə sədri özünün sosal media hesabında paylaşıb.
25 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tərəfindən Milli Məclisin Aparatında vətəndaşların qəbulu üzrə cədvələ əsasən növbəti qəbul keçirilmiş və vətəndaşların müraciətlərinə baxılmışdır.
Qəbulda müraciət edənlər Vətən müharibəsi qaziləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aqrar sektorunda çalışan və digər kateqoriyadan olan vətəndaşlar olmuşlar.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən qəbul, icra Hakimiyyəti və hüquq mühafizə orqanlarının fəaliyyətləri, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, əmək mübahisələri, işlə təmin olunma, maliyyə, kənd təsərrüfatı, torpaq, mənzil və sair məişət məsələləri haqqında olmuşdur.
Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.
Belediyye.info