ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun 21 noyabr tarixində ədliyyə işçilərinin peşə bayramı ərəfəsində imzaladığı əmrlə Rəhman Məmmədov Bələdiyyələrlə iş Mərkəzinə rəis təyin edilib.
Qeyd edək ki, Rəhman Elmaz oğlu Məmmədov uzunmüddət şəki şəhər icra Hakimiyyətinin Hüquq şöbəsinə rəhbərlik etmiş, 2008-ci ildən 2019-cu ilin mart ayınadək ədliyyə Nazirliyinin şəki Regional ədliyyə idarəsinin rəisi vəzifəsində işləmişdir.
2019-cu ilin mart ayından isə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində rəhbərliyi təmin etmişdir. Azərbaycan Respublikası ədliyyə nazirinin 21 noyabr 2019-cu il tarixli əmri ilə Bələdiyyələrlə iş Mərkəzinin rəisi vəzifəsinə təyin olunmuşdur.
P.S.Rəhman Məmmədovu ürəkdən təbrik edir, işlərində yalnız uğurlar arzulayırıq.