"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rəsulzadə Bələdiyyəsi iməcilik keçirib

--2015-08-22 / 22:24

M.ə.Rəsulzadə Bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, bələdiyyə tərəfindən  hər həftənin sonuncu iş günü ərazidə iməcilik tədbirləri həyata keçirilir. Bələdiyyə tərəfindən  22 avqust 2015-ci il tarixində növbəti iməcilik təşkil edilib. “Baksol yolu” küçəsində geniş miqyaslı təmizlik işləri aparılıb. M.ə.Rəsulzadə Bələdiyyəsinin əməkdaşlarının həyata keçirdikləri iməcilik nəticəsində sözügedən  ərazi ünvansız atılmış məişət tullantılarından və iriqabaritli tullantılardan təmizlənib. Qeyd edək ki, hər iməcilik tədbirlərinə ərazidə məskunlaşan sakinlərdə iştirak edirlər.

Məlumatda daha sonra qeyd edilir ki, küçənin sakinlər tərəfindən zibillənməməsi üçün bələdiyyə tərəfindən əraziyə əlavə  zibil qutularının qoyulacağı bildirilir.

Belediyye.info

ŞƏRHLƏR