"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rəsulzadə Bələdiyyəsi məktəbliləri Qafqaz Universitetinə apardı

--2015-05-16 / 19:58

Adəm Abbaslı/AZADiNFORM. M. ə. Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə  qəsəbə ərazisində yerləşən 99, 100, 143 saylı tam orta məktəblərin yuxarı sinif şagirdlərinin Qafqaz Universiteti ilə tanışlıq görüşü keçirilib. 

Bələdiyyədən AZADiNFORM-a verilən məlumata görə, görüş M. ə. Rəsulzadə Bələdiyyəsinin 2015-ci il Fəaliyyət Planına uyğun olaraq, gənc nəslin karyerasını müəyyən etməsində düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə həyata keçirilib.

Görüşdə M. ə. Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, bələdiyyə üzvləri Günel Vahabzadə, Ayla ibrahimova və bələdiyyə qulluqçuları, o cümlədən Rəsulzadə qəsəbəsi ərazisində yerləşən 99, 100, 143 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak edib.

Görüşü giriş sözü ilə Qafqaz Universitetinin Abituriyent Mərkəzinin rəhbəri Vüsal Rzayev açaraq, qonaqları salamlayıb. M. ə. Rəsulzadə Bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunmuş bu görüşdən məmnun olduqlarını ifadə edib. Sonra Pedaqoji fakültənin dekan müavini Vidadi Bağırov Qafqaz Universiteti haqqında geniş məlumat verib. 

Görüşdə şagirdlər kompüter laboratoriyaları, Tempus otağı, kitabxana və tədris otaqları ilə yaxından tanış olublar. Görüşün sonunda şagirdlərin çoxsaylı suallarını cavablandırılıb.

Sonda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonaqlara və bütün iştirakçılara təşəkkürünü bildirib.

http://www.azadinform.az/news/a-91773.html#

ŞƏRHLƏR