"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rəsulzadə bələdiyyəsində görüş keçirilib

--2017-04-12 / 11:40

Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov Rayon icra Hakimiyyəti başçısı yanında şura iclaslarının Qərarlarında qeyd edilmiş məsələlər və verilmiş tapşırıqlarla əlaqədar Binəqədi rayonu Rəsulzadə bələdiyyəsində olmuşlar. Bu barədə məlumat Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi yayıb.

Bələdiyyənin əməkdaşları ilə keçirilən görüş zamanı Prezident ilham əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial-iqtisadi siyasətdən bəhs edilmiş, Strateji Yol Xəritələri və digər strateji əhəmiyyətli sənədlərin icrası və qeyri neft sektrounun inkişaf etdirilməsi ilə əlaqədar görülməkdə olan işlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda görüşdə Rayon icra Hakimiyyəti başçısının 2017-ci il aprelin 4-də bələdiyyə sədrləri ilə görüşdə səsləndirdiyi fikirlər və verdiyi tövsiyələrlə əlaqədar bələdiyyə əməkdaşlarına məlumat verilmiş, bələdiyyənin mövcud maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər müzakirə edilmiş, sakinlərin məmnunluğunun təmin edilməsi, onların müraciətlərinə baxılması, qaldırdıqları problemlərin həll edilməsi, yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, vergi borcu olan vətəndaşların müəyyən edilməsi və onlarla müvafiq işin aparılması, bələdiyyə büdcəsinə vergi daxilolmaları, bələdiyyə büdcəsinin təyinatı üzrə səmərəli istifadəsi və başqa məsələlər barədə metodik tövsiyələr verilmişdir.

Bununla yanaşı keçirilən görüşdə bələdiyyədə şöbələrarası koordinasiyanın gücləndirilməsi, bələdiyyənin ictimai-humanitar sektorunun iş spektrinin genişləndirilməsi, yerli vergilərin və rüsumların yığılması sahəsində məlumatlandırma və təbliğat-təşviqat işlərinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Belediyye.info

ŞƏRHLƏR