iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidmətinin ötən ilin sonunda apardığı araşdırmalar zamanı Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinin bəzi əməkdaşlarının qanunsuz əməllərə yol verdiyi məlum olub.
Bu barədə Modern.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu barədə aidiyyəti üzrə Baş Prokurorluğa məlumat verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı Abşeron ərazi idarəsinin bir neçə əməkdaşı həbs edilmiş, barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
"Vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın artırılması tədbirlərini aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində davam etdiriləcək", - deyə Dövlət Xidməti bəyan edib.
https://modern.az/aktual/334139/dvlet-xidmeti-hebs-olunan-emekdaslari-ile-bali-melumat-yaydi/