"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Rumıniya müəllimlərindən ibarət nümayəndə heyətinin istanbul proqramı başa çatıb

--2016-08-30 / 10:31

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) ev sahibliyində, TiKA və Milli Təhsil Nazirliyi əməkdaşlığında, Rumıniyadan Türkiyəyə gələn Müəllimlər heyəti üçün istanbul Proqramı təşkil olunub. Müəllim və  tələbələrdən ibarət 24 nəfərlik heyət  26 Avqust tarixində TDBB-də ziyarət olub. Bu barədə Belediyye.infoya məlumat TDBB-dan daxil olub.

Proqramın ilk günü TDBB Ümumi Mərkəzində təşkil olunan açılış sessiyasına qatılan və TDBB Baş katibi Fəxri Solakla görüşən nümayəndə heyəti daha sonra TDBB Yerli Hakimiyyətlər və şəhərsalma ixtisaslaşdırlımış Kitabxanasını və “Panorama 1453” Tarix Muzeyini ziyarət edib.

 Proqram ikinci günündə nümayəndə heyəti “Topqapı” Sarayı Muzeyini, “Yerebatan Ovdanı”nını, “Müqəddəs Sofiya Məbədi” Muzeyini və “Sultan əhməd” Məscid və meydanını gəziblər.

Proqramın son günündə isə “Dolmabaxça” Sarayı, “Miniatürk” və “Vialandı” gəzən heyət 29 avqust tarixində ölkələrinə qayıdıblar.

Belediyye.info

ŞƏRHLƏR