"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ruslan əhmədov Bərdə bələdiyyəsinin sədri seçilib

--2023-02-09 / 10:30

Bərdə şəhər bələdiyyəsinin növbəti iclası keçirilib. iclasda təşkilat məsələsinə baxılıb. Bələdiyyə üzvləri sədr müavini vəzifəsində çalışan Ruslan əhmədovun namizədliyini yekdilliklə dəstəkləyərək bələdiyyə sədri vəzifəsinə seçiblər.

Qeyd edək ki, bundan əvvəl Bərdə bələdiyyəsinin sədri işləmiş Sadiq Xəlilov Bərdə RiH başçısı Vidadi isayevin müvafiq əmriylə Bərdə rayon icra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və Vətəndaşların işləri ilə iş şöbəsinin müdiri vəzifəsində təyinat alıb.

əlavə edək ki, Ruslan əhmədov 2000-ci ildən Odlar Yurdu Universitetini bitirib. 2000-ci ildən Bərdə bələdiyyəsində ümumi şöbədə müfəttiş, 2006-ci ildən ümumi şöbənin müdiri, 2019-cu ildən isə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü, 2020-ci ilin yanvarından isə bələdiyyənin sədr müavini vəzifəsinə seçilib.

YAP-uzvü olan R.əhmədov ailəlidir, bir övlad atasıdır.

Belediyye.info

ŞƏRHLƏR