04 sentyabr 2019- cu il tarixdə Belediyye.infoda “Axundovun xatirə lövhəsi oğurlanıb?-CiDDi SiQNAL” adlı məlumat verilmişdi.
Məlumat digər KiV orqanları tərəfindən də istifadə edilmiş və geniş əks-səda doğurmuşdu. Bunları nəzərə alaraq rəsmi şəkildə Mədəniyyət Nazirliyi, Bakı şiH-i və Yasamal RiH-ə müraciət olundu.
ilk olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin müdiri Etibar Axundovun imzasıyla göndərilən məktubda xatirə lövhəsinin bərpa edildiyi məlum olub.
Məktubda bildirilir ki, xidmətin əməkdaşları əraziyə baxış keçirmiş və xatirə lövhəsini yerində aşkar etmişlər. Bizə göndərilən şəkillərdən də məlum olur ki, həqiqətən xatirə lövhəsinin qarşısı açılıb.
Beləliklə, Belediyye.info yazdı, müvafiq orqanlar işə qarışdı, xatirə lövhəsi bərpa olundu. Qalır bir məsələnin araşdırılması: yəni xatirə lövhəsinin qarşısının kim tərəfindən bağlanmasını müyyən etmək, bu hərəkəti edənləri ictimai qınaq obyektinə çevirmək.
Sözsüz ki, bu tipli məsələlərdə hər kəs öz sözünü deməlidir. Və bizdə Belediyye.info olaraq bununla biz tanınmış bir ziyalının ruhu qarşısında vətəndaş borcumuzu qaytarmış olduq.
Ancaq belə halların təkrarlanmaması üçün müvafiq qurumlarda maarifləndirmə işlərinə diqqəti artırmalıdırlar.
P.S.http://belediyye.info/new/details/axundovun-xatire-lovhesi-ogurlanib-ciddi-siqnal--5442.htm
Belediyye.info
|
|
|
|
|
|