Saatlı rayonu Mollavaizli bələdiyyəsinin 2021-ci ilin ilk 6 ayı ərzində görülmüş işlər haqqında,o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə
HESABATI
Saatlı rayonu Mollavaizli bələdiyyəsinin fəaliyyətində əsas məqsəd kəndin aztəminatlı ailələrinə kömək olmaq və kəndin abadlaşdırılmasına çalışmaqdır. Vətəndaşların qəbulu, onların müraciətlərinin baxılması və həllinin təmin olunması daima diqqətimizdədir.
Bələdiyyələr özünüidarəetmə orqanı olduğu üçün, qanunla müəyyən edilmiş qaydada büdcəsi yerli vergi və ödənişlər əsasında formalaşır. Mollavaizli bələdiyyəsi yığılan həmin vəsaiti kəndin abadlaşdırılmasına, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, maddi köməyə ehtiyac olan kənd sakinlərinin problemlərinin həllinə yönəltməyi nəzərdə tutmağına baxmayaraq ilin əvvəlindən bu günə kimi torpaq vergisindən cəmi 624.25 manat vəsait daxil olmuşdur.
2021-ci ilin mart ayinda kənd təsərrüfatı təyinatlı torpaqların suvarılması üçün Yaponiya səfirliyinin maliyyəsi hesabına quraşdırılan elektrik su nasosunu bir qrup kənd sakinlərinin köməyi ilə təmir etmişik.Belə ki,əkilən torpaqların suvarılmasında məlum su qıtlığının olmasına baxmayaraq əhalinin problemi olmamışdır və yoxdur.
Karantin dövründə rayonumuzda ilk olaraq Mollavaizli bələdiyyəsi təşəbbüs qaldıraraq ərazimizdəki kiçik sahibkarlarla birgə yardım kompaniyası keçirilmişdir.Bu kompaniyaya Bakı şəhərində məskunlaşan Mollavaizlilər də qoşulmaqla 80 ailəni ərzaqla təmin etmişdir.
Mollavaizli bələdiyyəsi ikinici Qarabağ müharibəsin şəhid olan Oqtay əhməd oğlu Səfərovun xatirəsinin əbədiləşdirilməsi məqsədiylə xatirə kompleksini istifadəyə verib. Bələdiyyə iclasının qərarıyla həyata keçirilən bu addım kənd sakinlərinin tərəfindən dəstəklənib.
Kənd qəbirstanlığında 12 tonluq su çəni tikilb istifadəyə verilmiş, iməclik təşkil olunmuş və təmizlik,abadlıq işləri görülmüşdür. Xatırladım ki, hər iki tikinti bələdiyyə üzvlərinin və bir qrup kənd sakinin könüllü maddi yardımı sayəsində başa çatdırılmışdır.
Mollavaizli bələdiyyəsi üzrə vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilib qeydiyyata alınması artıq yekunlaşıb. Mollavaizli bələdiyyəsinə müxtəlif idarə və təşkilatlardan 2021-ci ilin ilk altı ayı ərzində 19 ərizı və məktub daxil olmuş, 38 məktub göndərilmişdir.
Mollavaizli bələdiyyəsinə daxil olmuş məktub və müraciətlərə vaxtında baxılmış və qanunvericiliyə uyğun şəkildə cavablandırılmışdır.2021-ci ilin 6 ayı ərzində bələdiyyə üzvləri ilə 7 iclas keçirilmişdir. Həmin iclaslarda müxtəlif məsələlər müzakirə edilərək hər biri haqqında müvafiq qərar qəbul edilmişdir.
Mollavaizli bələdiyyəsinin 01yanvar 2021-ci ilə büdcə qalığı 8 manat 38 qəpik olmuşdur. 2021-ci ilin ilk 6 ayı ərzində bələdiyyə büdcəsinə torpaq vergisindən 624.25 manat,sahibkarlıq fəaliyyətindən isə 100.00 vəsait daxil olmuşdur.
Xərclərimiz isə aşağıdakı kimi olmuşdur:
1.əmək haqqına-580.00 manat
2.DSMF-40.00 manat
3.bank xidməti-3.90 manat
4.onlayn xidmət haqqı-31.73 manat
01.07.2021-ci ilə budcə qalığı-87.00 manat
Mollavaizli bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir,abadlaşması üçün mütəşəkkil işləməyi öz öhdəsinə götürərək onun icrasını layiqincə həyata keçirilməsinə çalışır.
Sənan Mütəllimov
Saatlı rayonu Mollavaizli bələdiyyəsinin sədri