"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabah bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək

--2017-02-13 / 17:40

Fevralın 14-də Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən AZəRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında məsələyə baxılacaq, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

Deputatlar Meşə, inzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxacaqlar.

Milli Məclis "Hərbi vəziyyət haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanun layihələrini ikinci oxunuşda müzakirə edəcəklər.

http://azertag.az/xeber/1034732

ŞƏRHLƏR