Səbail bələdiyyəsinin sabiq sədri Firdövsi Cəbrayılovun 71 saylı Masallı Dairə Seçki Komissiyasında namizədliyi təsdiq olunub.
Qeyd edək ki, F.Cəbaryılov 1978-ilin oktyabr 25-də Masallı rayonunda anadan olub. Ail təhsil aldıqdan sonra bir sıra xidmət sahələrində və 2009-cu ildən Səbail bələdiyyəsində bələdiyyə qulluçusu kimi fəaliyyətini davam etdirib.
2014-cü ildə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü və 2015-ci ilin yanvaında isə Səbail bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Bu vəzifəni 2019 cu ilin fevralınadək icra edib.
Onun sədrliyi dövründə Səbail ölkə bələdiyyələri arasında ən fəal bələdiyyələr sırasında olub.
Bələdiyyənin bir çox maraqlı təkliflərlə çıxış etməsi məhz Firdövsi Cəbrayılovun sədrliyi dövründə həyata keçirilib.
Belediyye.info