"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabiq bələdiyyə sədri həbs edilib

--2021-11-05 / 13:06

Yeni Azərbaycan Partiyası Gənclər təşkilatının eks-sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac əliyeva həbs edilib.

"Qafqazinfo" xəbər verir ki, A.əliyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bir neçə ay öncə isə çıxarılan hökmlə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.əliyeva YAP Binəqədi rayon təşkilatının Qadınlar şurasının sədri olub. Sentyabr ayında keçirilən seçkilərdə şura ləğv edildiyi üçün A.əliyeva bu vəzifəsini itirib. 

Qeyd edək ki, bu barədə ilk xəbəri unikal.org saytı yayıb.

Binəqədi rayon bələdiyyəsinin sabiq sədri Aytac əliyevanın həbsinin detalları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Aytac əliyeva və bacısı ilknur əliyeva Bakı şəhər Baş Polis idarəsində aparılan təhqiqat zamanı həbs edilib.

Onlar iki qızıl alverçisindən pul alıb qaytarmamaqda ittiham edilirlər. A.əliyeva və bacısı i.əliyeva zərərçəkənlərin birindən 200 min, digərindən isə 189 min manat alıblar. 

Aytac əliyeva zərərçəkənlərdən birinə pulun müqabilində Binəqədi rayonunda torpaq sahəsi ayrılmasına dair saxta sənəd hazırlayaraq ona verib.

A.əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd) maddələri ilə təqsirləndirilir. Bacısı ilknur əliyeva isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. Onlar hər ikisi bu gün məhkəmənin qərarı ilə həbs ediliblər.

DiN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev saytımıza məlumatı təsdiqləyib.

https://qafqazinfo.az/news/detail/aytac-eliyeva-ile-birge-bacisi-da-hebs-edilib-detallar-342024

 

ŞƏRHLƏR