sorğu
Ağstafanın Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı araşdırma aparılıb
Rayon prokurorluğundan verilən məlumata görə, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb. istintaq davam etdirilir.
Belediyye.info