"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şabran bələdiyyələri qazandıqlarının 71 faizini özlərinə xərcləyiblər-CiDDi

--2016-07-23 / 01:47

Dövlət Statistika Komitəsinin məlumatına görə, şabran bələdiyyələrinin 2015-ci ildə büdcə gəlirləri 209.400 manat təşkil edib. Bu vəsaitin 51.700 torpaq vergisindən , 10.200 manatı əmlak vergisindən, 79 min manat əmlakın və torpağın özəlləşdirilməsindən, 34 min manat icarədən daxil olub.

Qeyd edək ki, 2015-ci ildə şabran bələdiyyələrinə dövlət tərəfindən 34.300 manat dotasiya ayrılıb.

şabran bələdiyyələrinin xərclərinə gəldikdə isə, qeyd edilməlidir ki, 217.600 manat ümumi  xərcin  154.900  manatını yerli özünüidarəetmə orqanlarının saxlanmasına xərcləyiblər.

Bu da ümumi xərclərin 71.2 % deməkdir.  8,2 % xərc isə məzil kommunal təsərrüfatının saxlanmasına çəkilib.

Bəs bələdiyyə ozünün aparatının saxlanmasına bu qədər vəsait ayıra bilərmi?

Sualımızı cavablandıran ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi Bahadur Kərimov bildirib ki,  “Bələdiyyələrin  maliyyəsinin əsasları” haqqında Qanunun səkkizinci maddəsində konkret yazılıb:

"Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz.”

Bələdiyyələrlə iş mərkəzinin rəsmisi daha sonra bildirib  ki, bələdiyyənin özünün saxlanmasına bu qədər vəsaitin xərcləməsi yolverilməzdir. Bu rəqəm  ümumi büdcədaxilmalarının  50% -dən artıq olmamalıdır. əgər keçirsə bu artıq israfçılıqıdır. Demək bu bələdiyyələr seçiciləri qarşısında verdikləri vədi yerinə yetirmək əvəzinə, qazandıqları pulu özlərinə ayrımağa üstünlük veriblər.

Qeyd  edək ki, şabran rayonunda 15 bələdiyyə formalaşdırılıb.

Belediyye.info

ŞƏRHLƏR