"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şabranda bələdiyyələrə seminar keçirildi

--2015-06-11 / 17:14

Bu gün şabran şəhər Heydər əliyev Mərkəzində Xaçmaz Regional ədliyyə şöbəsinin təşkilatçılığı  ilə yerli bələdiyyə təmsilçilərinə seminar keçirilib.  “Bələdiyyələrdə korrupsiya hüquqpozmalarının qarşısının alınması”,  “Kənd təsərrüfatı təyinatılı torpaqların təyinatı üzrə istifadə edilməsi”  və “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzusunda məruzələr dinlənilib.

Seminarı şöbəsinin rəisi Rasim Məlikov açaraq hazırda bələdiyyələrin qarşısında duran vəzifələr haqqında danışaraq, kollegial şəkildə qəbul edilən bütün qərar və aktların bələdiyyələr tərəfindən müvafiq olaraq inzibati nəzarət qaydasında ədliyyə Nazirliyinin Xaçmaz Regional şöbəsinə göndərməli olduqlarını bildirib.

Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarənin və demokratiyanın  inkişafı  məsələlərinə  də  önəm verilərək görüləcək işlərin dairəsi, o cümlədən yerli büdcənin tərtibinə və icrasına, sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmləri və prosedurları və s.  kimi önəmli vəzifələr müəyyən edilmişdir. Eyni zamanda, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsi bələdiyyələrə tövsiyə olunmuşdur. Onun sözlərinə görə,  ölkəmizdə korrupsiyaya qarşı mübarizədə, şəffaflıq prinsiplərinin qorunmasında yerli orqanların da üzərinə böyük məsuliyyət yükü düşür: “Bu gün atılan hər bir addıma görə, sabah cavab verməli olacaqsınız. Hər bir cavabda isə məsuliyyət yükü olmalı, qanuna söykənməlidir.”

Hazırda şabran  rayonunda 15 bələdiyyənin fəaliyyət göstərdiyini deyən Rasim Məlikov bələdiyyələrin daim yeni maliyyə mənbələrinin axtarışında olmalarını qeyd edib. şöbə rəisinin sözlərinə görə, bələdiyyələr tərəfindən irəli sürülən təkilflərin arxasınca getməli, qarşılaşdıqları problemlərin həllinə nail olmağı bacarmalıdırlar.

Rasim Məlikovun sözlərinə görə,  bələdiyyələr ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkzəiylə sıx əməkdaşlıq şəraitində fəaliyyətdə olmalı, bu orqan tərəfindən göndərilən metodik tövsiyyələr bələdiyyə üzvləri tərəfindən dərindən öyrənilməli, habelə yerli vergilərin yığımıyla bağlı əhali arasında maarifləndirmə işlərini mütəmadi olaraq həyata keçirməlidirlər.

Tədbirdə Xaçmaz Regional ədliyyə şöbəsinin məsul əməkdaşları  əlikram Həsənov, ilqar Eyyubov, Gadir Paşayev və  Həmid Məmmədov seminarın mövzusuna uyğun olaraq geniş məzmunlu çıxışlar ediblər.

Tədbirin sonunda bələdiyyə təmsilçilərini narahat edən suallar cavablandırılmışdır.

Qeyd edək ki, Xaçmaz Regional ədliyyə şöbəsinin ərazi yurisdiksiyasına Quba, Qusar, şabran, Siyəzən və Xaçmaz rayonları daxildir.

Belediyye.info

 

 

 

 

ŞƏRHLƏR