"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabunçu Bələdiyyə şurasına yeni sədr seçilib

--2016-11-02 / 19:33

Sabunçu rayon Bakıxanov bələdiyyəsinin inzibati binasında rayon Bələdiyyə şurasının növbəti iclası keçirilib.

iclasda təşkilatı məsələ müzakirə edilib. iclasa sədrlik edən Bakıxanov bələdiyyəsinin sədr müavini  Nadir əsədovun təklifi ilə Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov Sabunçu rayon Bələdiyyə şurasının sədri seçilib. Ramanı bələdiyyəsinin sədri intizar Rzayeva şuranın sədr müavini seçilib.

iclasda  “Yerli Demokratiya Həftəsi”ndə keçiriləcək məsələlərdə müzakirə edilib.

Tədbirdə Azərbaycan Milli şəhər, Qəsəbə və Kənd Bələdiyyə Assosiasiyasının əlaqələndiricisi Tofiq Həsənov,   Azərbaycan Milli Qəsəbə Bələdiyyə Assosiasiyası icra Katibinin müavini əli əkbərli, Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının təmsilçisi Məhəmməd Kərimov iştirak edərək öz təklif və tövsiyyələrini veriblər.

Tədbir iştirakçıları sonda inzibati binada görülən işlərlə tanış olaraq xatirə şəklı çəkdiriblər.

Qeyd edək ki, Sabunçu rayonunda 10 -Sabunçu, Zabrat, Kürdəxanı, Pirşağı, Ramanı, Balaxanı, Bilgəh, Maştağa, Bakıxanov və Nardaran bələdiyyəsi formalaşdırlıb.

Belediyye.info

 

 

 

ŞƏRHLƏR