sorğu
Sabunçu rayon Bakıxanov bələdiyyəsininin sədri Ramiz Nəsibovun Belediyye.infoya verdiyi məlumata görə, noyabr ayının 2- də bələdiyyənin inzibati binasında rayon bələdiyyələrinin əlaqələndirmə şurasının növbətı toplantısı keçiriləcək.
Toplantıda şuranın hesabatı dinləniləcək, yeni ildə görüləcək işlər müzakirə ediləcəkdir.
Sədrin verdiyi məlumatda daha sonra bildirilir ki, şuranın iclasında təşkilat məsələsinədə baxılması gözlənilir.
Bununla yanaşı iclasda bu günlərdə start veriləcək “Demokratiya həftəsi”ndə nəzərdə tutulan layihələr də müazkirə ediləcəkdir.
Xatırladaq ki, Sabunçu rayonunda 10 bələdiyyə formalaşdırılıb
Belediyye.info