"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sabunçu bələdiyyəsi də E-manat sisteminə qoşulub

--2016-02-22 / 02:56

Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, bu günlərdə Sabunçu bələdiyyəsi  E-manat sisteminə qoşulub. Qeyd edək ki, Sabunçu bələdiyyəsi maliyyə vəziyyətini nizama salmaq, əməkhaqqı və DSMF-yə olan borclarını ödəmək məqsədiylə əlavə gəlirlər əldə etmək məqsədiylə müəyyən layihələr həyat akeçirir. E-manat sisteminə qoşulmaq da bu layihələrdəndir.

Xatırladaq ki, ilk olaraq bu sistemə Nəsimi bələdiyyəsi, sonra Nizami, Yasamal və Bakıxanov bələdiyyəsi qoşulub.

Bu yeniliyin tətbiqi bələdiyələrə  əlavə büdcə gəlirlərinin daxil olmasına imkan yaradır. Hazırda sistemi tətbiq edən  bələdiyyələr ay ərzində 4-5 min manat civarında vəsait əldə edir.

Belediyye.info

ŞƏRHLƏR