Sabunçu rayon Sabunçu bələdiyyəsinin sədri Pərviz Namazov vəzifəsindən istefa verib.
Bələdiyyə iclasında bundan əvvəl sədr müavini vəzifəsində çalışan əlfəddin Həsənov bələdiyyə sədri seçilib.
Məlumatı P.Namazovun özü də təsdiqləyib. O, istefanın hansı səbəbdən baş verdiyini bildirməsədə, yaxın bir ay ərzində istirahət edəcəyini bildirib. Qeyd edək ki, P.Namazovun idarəçiliyi dövründə bələdiyyənin kifayət qədər borcu silinib və əmlak vergisinin onlayn ödənişinə start verilib.
Xatırladaq ki, Namazov Pərviz Sərdar oğlu-04 noyabr 1987-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. 2014-cü ildə bələdiyyə seçkilərinə qatılıb və bələdiyyə üzvü seçilib.
2015-ci ilin oktybarın 22-də Sabunçu bələdiyyəsinin sədri vəzifəsinə seçilərək bundan əvvəl sədr işləyən Simuzər Kərimovanı əvəzləmişdi.
Belediyye.info
07/09/2016